beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasımuşağı obası

Tarixi
Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan[1] obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi[2] adı ilə adlandırılmışdır.

Coğrafi mövqeyinə görə Şəlvə, Piçənis, Muncuqlu çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.


Tarix: 29.01.2015 / 15:51 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Ümumi