beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərəb-Sasani müharibələri

Ərəb-Sasani müharibələri (633-651)
Ərəb Xilafətinin Sasanilər imperiyasını işğal etmak niyyəti ilə bağlı olaraq Ərəblərlə Sasanilər arasında baş vermiş müharibələr. Bu müharibələr şərti olaraq Ərəblərin (müsəlman ərəblərin) Sasani işğalı kimi də tanınır. Müharibə 633-cü ildə Ərəb ordularının hücumu ilə başlamış və 651-ci ilə qədər davam etmişdir. Müharibənin yekun nəticəsi olaraq Mesopatomiya, İran, Cənubi Qafqaz, Şərqi Anadolu və Xorasan ərəblər tərəfindən işğal olundu. Sasanilər imperiyası süqut etdi. İşğal olunmuş ərazilərdə İslam dini və İslam mədəniyyəti, Ərəb dili sürətlə yayıldı.

İştirakçı tərəflər və qoşunların vəziyyəti
Müharibədə əsas tərəflər Sasanilər imperiyası və Ərəb Xilafəti (Raşidilər Xilafəti) olmuşdur. Buna baxmayaraq Sasanilər imperiyasına daxil olan dövlətlər o cümlədən Qafqaz Albaniyası da müharibədə fəal iştirak etmişdir. Sasanilər tərəfdən müharibədə məşhur komandanlar bunlardır:

Rüstəm Fərruxzad
Bəhram
Firuz Xosrov
Bəhrami Çubin Mehrani
Mardanşah
İsfəndiyar
Bəhrami Razi Mehrani
Xurrazat
Cavanşir
Ərəb Xilafəti tərəfindən komandanlar isə bunlardır:

Xalid ibn Valid
Səd ibn Əbu-Vəqqas
Əbu-Musa Aşari
Əmmar ibn Yasir
Numan ibn Muqarrin
Muqhira ibn Şuba
Əhnaf ibn Qeys
Abdullah ibn Amir
Hüzeyfə əl-Yəman
Müharibəni aparan hökmdarlar: Sasanilər tərəfdən:

III Yezdəgird (632-651)
Ərəblər tərəfdən:

Əbu-Bəkr (632-634)
I Ömər (634-644)
Müharibənin dini nəticələri
Sasanilər imperiyasında əsas din zərdüştlük idi.


Tarix: 12.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Ümumi