beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərdə qalası

Bərdə qalası — Bərdə rayonunda yerləşən qala.

Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İskəndər tərəfindən tikdirildiyini yazıb. O, həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də İskəndərnamədə Bərdə qalasının təsvirini verib. Son dəfə 1958-ci illərdə aparılan təmir işləri qalanın görkəmini dəyişib.


Tarix: 07.01.2015 / 23:40 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi