Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Məmmədov (pedaqoq)

Həyatı
Məmməd Məmmədov 17 avqust 1917-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. Məmməd Murtuza bəy oğlu Məmmədov Seyidli oymağında sayılıb seçilən məşhur Məmmədbəyli soyuna mənsubdur. Bu soyun kökü Seyidli oymağının sakinləri ilə qan qohumluğu olan Çəmənli oymağına gedib çıxır. Çəmənli oymağında bu nəsil Hatəmxan ağanın soyu kimi tanınır.

Məmməd Məmmədovun uşaqlığı Seyidli kəndində keçmişdir. O, 1925-1932 illərdə Ağdam 1 saylı istinad məktəbində və 1932-1935 illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. 1935-1939 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Təbiyyat fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd Məmmədov Azərbaycan dili bölməsində oxumasına baxmayaraq, müəllimlərdən çoxu başqa millətlərdən olduğu üçün dövlət imtahanlarını rus dilində müvəffəqiyyətlə verib, qızıl saata layiq görülmüşdür.

Məmməd Məmmədov 15 fevral 1990-cı ildə Ağdamda vəfat etmiş, vəfatı ilə əlaqədar rayon qəzetində geniş nekroloq verilmişdir.


Tarix: 08.01.2015 / 02:39 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Ümumi
loading...