beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigar Camal

Nigar Camal (7 sentyabr 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan müğənnisi, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011), BMT-nin Yol hərəkəti qaydaları üzrə xoşməramlı səfiri.
Həyatı

Eurovision Mahnı Müsabiqəsində, 2011-ci il
7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak etmiş, 1996-cı ilin may ayında müsabiqənin fəxri diplomunu qazanmışdır.

1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirmişdir. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil almışdır.

"Planet Parni iz Baku"nun 2000-ci ildə keçirilən konsertində çıxış etmişdir.

Həyat yoldaşı kiprli Haluk Camalla 2005-ci ildən İngiltərədə – Londonda yaşayır. İki qız övladı var: Jasmin və Səidə.

İctimai Televiziyanın keçirdiyi müsabiqənin qalibi olaraq Azərbaycanın 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi adını qazanmışdır.

R&B, Soul və Pop janrlarında musiqilər ifa edir.

Diskoqrafiya
Sinqlları
Running Scared (Ell ilə)
Crush On You
Qal (Miri Yusif ilə)
Come Into My World (Dima Bilan ilə)
Play With Me
One With The Music
Sevdiyimə nifrət edirəm
Filmoqrafiya
Yaxşı Cazibə


Tarix: 12.02.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 204 Bölmə: Ümumi