beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeronun Müdafiə Sistemi

Abşeronun Müdafiə Sistemi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı 1919-cu ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləridir.

Məqsəd ölkənin şimal sərhəddindəki müdafiə xəttini möhkəmləndirmək, düşmənin paytaxta daxil olmasının qarşısını almaq idi. Bunun üçün Bakı ətrafında müdafiə qurğularının yaradılması, Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu zamanı şəhər ətrafında qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağının düzəldilməsi, Abşeronun müxtəlif məntəqələri arasında telefon rabitəsini qurulması nəzərdə tutulmuşdu.Abşeronun müdafiə sisteminin yaradılmasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər.

Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü- Novxanı xətti boyunca yerləşdirməklə 7 dayaq qrupundan ibarət idi:

Badamdar qrupu
Atəşgah qrupu
Aralıq qrupu
Şubanıdağ qrupu
Xırdalan qrupu
Göl qrupu
Novxanı qrupu.
Bütün bu mövqelərin müdafiə imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı. Bütünlükdə, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu. Bunlardan əlavə, dəniz sahilinin qorunması üçün 6 ədəd top ayrılmışdı.

Denikinin hücum təhlükəsi aradan qalxdığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılmasımümkün olmadı Şimal sərhəddi boyunca və Bakı ətrafındakı qüvvələr Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər olunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafiə sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mümkün olmamışdır.


Tarix: 12.02.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Ümumi