Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Qriqor

I Qriqor Aşotyan (doğum tarixi naməlum — 1072 və ya 1084) – Sünik knyazlığının 1044/51 – 1072/84 – cü illərdə hakimiyyətdə olmuş dördüncü knyazı.
Bioqrafiya
I Qriqor taxtda qardaşı II Smbatı əvəz etmiş, Loru hakimi ilə münasibətləri gücləndirmişdi. 1046 – cı ildə Sünik knyazı I Qriqor və Loru hakimi Torpaqsız Davidin orduları öz ərazilərini genişləndirməyə çalışan Şəddadilər sülaləsindən olan Dəbil hakimi Əbüləsvara qarşı döyüşmüşlər.

Səlcuqluların Cənubi Qafqaza yürüşü zamanı I Qriqor Sünikin bütün hərbi qüvvəsini öz idarəsi altında birləşdirmişdi. Lakin Alp Arslanın ordusu ilə müqayisədə zəif orduya malik olduğunu görən I Qriqor Süniki dağıntılardan xilas etmək üçün Səlcuqlulardan vassal asılılığını qəbul etməyə məcbur oldu. Varisi olmadığına görə I Qriqordan sonra taxta Xaçın zadəgan sülalələrindən olan arvadının böyük qardaşı Sənəkərim keçmişdi.


Tarix: 09.02.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Ümumi
loading...