beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan generalları

Azərbaycan generalları – 2005-ci ilin aprel ayında AMEA Azərbaycan Tarixi Muzeyi tərəfində çapdan çıxmış kitab-kataloq.

Oxuculara təqdim edilmiş bu kataloqda general yüksək hərbi rütbəsini daşıyan azərbaycanlı sərkərdələrin həyat və fəaliyyətlərinə dair Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan müxtəlif səpgili materiallar verilmişdir. Bunların arasında əhəmiyyətinə görə tarixin səhifələrində dərin iz qoyan hərbi xadimlərdən hələ ötən əsrin əvvəllərində çar Rusiyası ordusunda xidmət etmiş generallar – Həsənbəy Ağalarov, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, İbrahimbəy Vəkilov və başqalarının adları vardır. Muzeyin fondlarında materialları qorunub saxlanılan generalların çoxu isə İkinci dünya müharibəsinin cəbhələrində vuruşmuşlar. Belələrindən, xalqın yaddaşında mərdlik və hünər rəmzi kimi qalan, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Həzi Aslanova, kontr-admiral Cəlil Cavadova, Sovet Ordusunda xidmət edən yeganə azərbaycanlı general-polkovnik Tofiq Ağahüseynova və başqalarına aid materiallar muzeyin fondlarında saxlanılan ən qiymətli eksponatlardır.

Kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı, tərtibçiləri Muzeyin "Ən yeni dövr tarixinin ekspozisiyası və fondları şöbəsi"nin əməkdaşlarıdır.


Tarix: 07.01.2015 / 12:15 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Ümumi