Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin VII qurultayı

VII qurultayın gündəliyindən
1960-cı il noyabrın 14-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında başlanan ali məclis iki gün davam etmişdir. Qurultayı giriş sözü ilə Respublika Nazirlər Sovetinin sədri M.İsgəndərov açmışdır.

Qurultay ərəfəsində 579 nəfər maarif işçisi "Lenin", "Qırmızı Əmək bayrağı", "Şərəf Nişanı" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Nazirlər Sovetinin qurultaya təbriki oxunmuşdur.

Azərbaycan SSR maarif naziri, professor M.Mehdizadə və Azərbaycan LKGİ MK-nın birinci katibi M.Əlizadənin məktəblərin yenidən qurulması sahəsində, gəncliyin təlimi və tərbiyəsi istiqamətlərində qarşıda duran vəzifələri şərh edən geniş məruzələri dinlənilmişdir.

Sonra qurultayın mandat komissiyasının hesabatı ilə M.Zeynalov məruzə etmişdir.

Azərbaycan müəllimlərinin ali məclisində İ.Nadejkov (RSFSR), P.Solntsev (Belarusiya SSR), P.Mirqorodski (Ukrayna SSR) S.Zadin (Qazaxıstan SSR), A.Buylis (Latviya SSR), Y.Əsgərov (Tacikistan SSR), Q.Laşkaraşvili (Gürcüstan SSR) və başqalarının təbrik-çıxışları dinlənilmişdir. 2 gün davam etmiş ali məclisdə Azərbaycanın yaradıcı təşkilatlarının nümayəndələri də çıxış etmişlər.


Tarix: 12.02.2015 / 14:49 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ümumi
loading...