beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Ordanın Abaqa xanın dövründə Azərbaycana yürüşü

Qızılordalıların Azərbaycana ikinci yürüşü Abaqa xanın (1265-1282) dövründə verdi. Qızıl Orda əmiri Noqay müxtəlif bəhanələrlə Dərbəndi keçdi və Şirvana soxuldu. O, ilk növbədə, Şirvanı, Arranı və Muğanı, sonra isə Azərbaycanın cənub vilayətlərini ələ keçirməyə can atdı. 1265-ci il iyulun 25-də Hülakü sərkərdəsi Yuşmut Noqaya qarşı hərəkət etdi. Ağsu çayı sahilindəki vuruşmada Noqay yaralandı, onun qoşunu məğlub olaraq Kür çayının şimalına doğru geri çəkildi. Abaqa xan çayı keçdi, lakin Bərkənin böyük hərbi qüvvə ilə buraya gəldiyini öyrənib geri döndü. Düşmənin cənuba doğru irəliləməsinin qarşısını almaq üçün çayın üzərindəki bütün körpülər dağıdıldı. Bərkə 14 gün Kürün şimal sahilində qaldı və çayın cənub sahilinə keçə bilmədi. O, Kür çayını keçmək məqsədilə Tiflisə tərəf getdi, lakin yolda xəstələndi və öldü. Qızıl Orda qoşunu geri qayıtmağa məcbur oldu.


Tarix: 22.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Ümumi