beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə vilayəti

Gəncə vilayəti — Azərbaycan SSR-də inzibati-ərazi vahidi, 1952—1953 illər arasında mövcud olmuşdu.

İnzibati mərkəzi Kirovabad (Gəncə) şəhəri idi.

Gəncə vilayəti 3 aprel 1952-ci il tarixdə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Kəlbəcər, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab rayonlarına bölünürdü.

Gəncə vilayəti yaradıldıqdan cəmi 1 il sonra ləğv edilmişdir.

Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P komitəsinin sədri İmam Mustafayev idi.


Tarix: 08.01.2015 / 01:36 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Ümumi