beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muncuqlutəpə qədim qəbiristanlığı

Muncuqlutəpə yaşayış yeri — Şəmkir rayonunun Qaracəmilli kəndindən 8 km şimalda, Kürün sağ sahilindən 120 metr aralıda yerləşir. Yaşayış yerinin narınqalası ən yüksək, hakim mövqedə yerləşməklə üç tərəfdən qala divarları ilə möhkəmləndirilmişdi. Şimaldan isə onu Kür çayı hüdudlayırdı.Qalınlığı 1,7-1,8 metrə çatan mədəni təbəqə qatında IX-X və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilmişdir. Qazıntı zamanı çaydaşından və bişmiş kərpicdən hörülmüş tikili qalıqları, çoxlu təndir və ocaqlar, təsərrüfat quyuları üzə çıxarılıb öyrənilmişdir. Memarlıq hissələrinin, o cümlədən sütun başlıqlarının tapılması vaxtilə burada monumental binaların olmasına dəlalət edir. Mədəni təbəqədən tapılmış arxeoloji materiallar və şirsiz saxsı qab-qacaqla, dəmir alət və silahlarla metal məmulat və müxtəlif bəzək əşyaları ilə təmsil olunmuşdur. Şirli saxsı qabların tapıntılar arasında çoxluğu xüsusi qeyd olunmalıdır.


Tarix: 05.02.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Ümumi