Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə qalası

Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 sentyabr 1588/9 şəvval 996 tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588/11 şəvval 996). Qırx günə 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 61 cm.) uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur. Səlatini Səbuktəkindən qalma xarab bir məscid sürətlə təmir edilmiş və ilk cümə namazı 14 oktyabr 1589/23 zilqadə 997 tarixində bu məsciddə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur[Mənbə göstərin] . Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.

XVI əsrin sonu, XVII əsrin əvvəllərində Gəncə şəhəri dörd hissədən Bayır şəhər, Şəhristan, İçqala və Narınqaladan ibarət idi. 1868-ci ildə Gəncə Qafqazın quberniya mərkəzinə çevrildikdən sonra şəhərin yeni baş planı tərtib olunur. 1873-cü ildə təsdiq olunmuş baş plana əsasən qala divarları sökülür, yerində Avropa sayağı məhəllələr salınır. Hazırda Gəncə Qalasının çox kiçik hissəsi Şirəlibəy bürcü bugünki nəsillərə yadigar qalmışdır. 2007-ci ilin bu qala divarında bərpa işləri aparılmışdır[Mənbə göstərin] .

Ümumiyyətlə isə 17-19 əsrlər ərzində Gəncənin 72 məhəlləsi olub: 1)Çölək, 2)Sadıllı, 3)Şəmbiatlı, 4)Sarvanlar, 5)Mollacəlilli, 6)Misgərlər, 7)Seyidli, 8)Ayalmaz, 9)Arazbar, 10)Dəmirçilər, 11)Qacarlar, 12)Qazbinlər, 13)Sofulu, 14)Haxlı, 15)Tatabad, 16)Toyuqçular, 17)Şahsevənlər, 18)Qıllılar, 19)Sutökülən, 20)Qaramanlı, 21)Gorqi, 22)Noraşen, 23)Şərəfxanlı, 24)Tapqışlaq, 25)Şamlı, 26)Qırkilimşi, 27)Xocalı, 28)Şabanlı, 29)Xələni, 30)Qazaxlar, 31)Qızılhacılı, 32)Qırıxlı, 33)Talalı, 34)Carlılar, 35)Toxanlı, 36)Üçtəpə, 37)Qərb qayalı, 38)Mollacəmilli, 39)Caqarlar, 40)Şöylü bəyli, 41)Özümbəyli, 42)Təbrizli, 43)Şayır görən, 44)Səbzəvad, 45)Allahdad, 46)Ərəbli, 47)İyirmidörd, 48)Balabağban, 49)Əttarlar, 50)Dulusçular, 51)Cuhudlar, 52)İmamlı, 53)Kilsəkənd, 54)Hacıməlikli, 55)Qulacadərəsi, 56)Hacıməlikli, 57)Şıx düzü, 58)Quruqobu, 59)Qarməmmədli, 60)Daş körpü, 61)Xarba yeri, 62)Qala, 63)Xanlıqlar, 64)Dördyol, 65)Şərbaflar, 66)Aşıqlar, 67)Böyük bağban, 68)Çaylı, 69)Haçayeri, 70)Boyaqçılar, 71)Sədən, 72)Sabirabad


Tarix: 08.01.2015 / 01:33 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: Ümumi
loading...