beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda orta əsrlər dövrü

Azərbaycanda orta əsrlər dövrü Hansı çuşka yazıb bunu? Eramızın 3-18-ji əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ji əsrlər klassik feodalizm və 16-18-ji əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və tijarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. 3-7 əsrlərdəki Azərbayjan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi.3 əsrin ikinji yarısında Azərbayjanın jənub hissəsi Atropatena Sasani şahinşahlarının əyalətinə çevrilmişdir. Eyni zamanda şimalda müstəqil Albaniya dövləti qalmaqda idi. 4 yüzilliyin əvvəllərində alban çarı Urnayr (313-371) xristianlığın dövlətinin rəsmi din olduğunu bəyan etdi. Həmin müddətdə Atropatenada əsas din isə zərdüştlük hesab olunurdu. Önjə bütün Qafqazda olduğu kimi, Albaniyada da xristianlığı suriyalılar yaymağa başlamışdılar. Ona görə də dini mərasimlər və məktəblərdəki tədris suriya dilində aparılırdı. Lakin 5 əsrdə alban əlifbası hazırlanandan sonra vəziyyət köklü şəkildə dəyişir. Alban dilinə Tövrat və digər dini kitablar tərjümə edilir, bü dildə məktəblərdə dərs keçilir və dünyəvi ədəbiyyat yazılırdı. Alban əlifbasını Sünik əyalətindən olan Benjamin adlı alim ixtira etmişdir. Bu hadisə alban çarı Asvagenin dövründə baş vermişdir. Onun dövründə ölknəin maariflənməsində böyük işlər görülmüşdür. Albaniyanın bü yüzilliklərdəki siyasi tarixi öz müstəqilliyini xariji qüvvələrdən və ilk növbədə Sasani və Bizans imperiyalarından müdafiə etməklə bağlı idi. Sasanilər təkjə əraziləri zəbt etməklə kifayətlənməyərək, həm də bu torpaqlarda zərdüşt dinini yaymağa çalışırdılar. 5 əsrdə Bizans imperiyasının Atillanın Hün imperiyası ilə müharibə apardığından istifadə edən İran şahı II Yezdəgird (438-457) Qafqaza soxularaq Albaniyanı özünə tabe etdirməyə müvəffəq oldu. Sasanilər ələ keçirdiyi ərazilərdə zərdüşt dinini yaymağa çalışır, öz torpaqlarını şimaldan hüjum edən tayfalardan qorumaq məqsədilə yerli əhalini Dərbənd istehkamlarının tikintisinə səfərbər edirdilər. Bütün bunlar ölkədə narazılığa səbəb olmuş və 450-451-ji illərdə bütün Albaniyada yadellilərə qarşı xalq-azadlıq hərəkatı başlamışdır. Alban hökmdarı II Vaçe bü mübarizənin uğurlu qələbəsi naminə Şimali Qafqazda o zaman mövjud olmuş hun-bulqar hərbi ittifaqına daxil olan onoqur türk tayfalarını ölkədə məskunlaşmağa dəvət edir. Lakin 451-ji ildə müttəfiqlərin Sasanilərlə indiki Maku və Xoy şəhərləri arasında yerləşən Avarayr düzündə baş vermiş həllediji döyüşündə iranlılar qalib gələ bildilər. Bununla belə 457-ji ildə II Yezdəgirdin vəfatından sonra Sasanilər dövlətindəki hakimiyyət uğrundakı çəkişmələr nətijəsində imperiya zəiflədi. Bundan istifadə edən alban çarı II Vaçe ölkəsində xristianlığı bərpa edir. Həmin ildə Albaniyanın müstəqilliyi bəyan edilir. Bu hadisələr İranda hakimiyyətə gəlmiş şahinşah Peroz (459-484) üçün 461-ji ildə alban çarına qarşı müharibə başlamağa səbəb olur. Müharibədə qalib gələn İran qoşunları ölkəni talan etdilər. Alban II Vaçe 463-jü ildə hakimiyyətdən imtina etməyə məjbur olur. Müvəqqəti olaraq Sasanilərdən asılı qalan Albaniya şahinşahın janişini marzban tərəfindən idarə olunurdu. Onun iqamətgahı indiki Bərdədə yerləşirdi. 464-484-jü illərdə Jənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanır. Bu hərəkat nətijəsində 485-ji ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ji ildə III Vaçağan (487-500) olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, tijarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövjud olmuşdur. Sənətkar və tajirlərin öz ittifaqları yaranırdı. Ölkə Çin, Hindistan, Misir, Suriya, Şərqi Avropa, Kiçik Asiya, Şimali Qafqaz və İran körfəzinin bir çox dövlətləri ilə birbaşa tijarət əlaqələri yaratmışdır. 488-jü ildə III Vaçağan Aquanda qurultay çağıraraq yeni qanunlar qəbul etdi. Tarixdə Aquan qanunları kimi tanınan bu islahatlar Albaniyada mərkəzi hakimiyyətin güjləndirilməsinə və xristianlığın mövqelərinin möhləmlənməsinə yönəldilmişdir. Bu qanunlara əsasən kilsəyə böyük səlahiyyətlər verilmiş və hətta məhkəmə işləri də onun ixtiyarına keçmişdir. Artıq 3 yüzillikdən Azərbayjana müxtəlif türk tayfaları daxil olmağa və burada məskunlaşmağa başlayırlar. Ölkə ərazisinə onlar bir neçə itsiqəmtdən, şimaldan Dərbənd və Dəryal keçidlərindən, jənubdan İran ərazisindən, qərbdən isə Bizans imperiyasının torpaqlarından keçərək daxil olurdular. 3-6-jı yüzilliklərdə ölkə ərazisində minlərlə hun, onoqur, sabir, bulqar, xəzər və digər türkdilli xalqların nümayəndələri məskunlaşmışdır. 510-ju ildə III Vaçağanın vəfatından sonra Alban çarlığı yenidən Sasanilərə tabe etdirilərək marzabanlığa çevrildi. Sasani imperiyasında Azərbayjanın həm jənub, həm də şimal hissələri xüsusi əhəmiyyət kəsb edirdilər. Zəngin torpaqlara və böyük əhaliyə malik olan bu ölkədə əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmiş, iri və dövlətli şəhərlər mövjud olmuşdur. Ölkə təsərrüfat baxımından böyük məna kəsb etməklə yanaşı, həm də mühüm hərbi-strateci əhəmiyyətə malik idi. Çünki o Sasani imperiyasının hüdudlarını şimal və qərbdən qoruyurdu. 603-628-ji illərdə Azərbayjan İran və Bizans arasındakı ardı-arası kəsilməyən müharibələr meydanına çevrildi. Bu müharibə və qarətlər nətijəsində ajınajaqlı vəziyyətə düşmüş yerli əhali 603-ji ildə üsyan etdi. Üsyanın başında alban katalikosu Viro dururdu. Şahinşah II Xosrov (590-628) albanların üsyanının susduraraq Vironu həbs edib sürgünə göndərmişdir. Bu ərəfədə Sasanilərin təzyiqi ilə Albaniya mərkəzi hökuməti ləğv edilmişdir. Ona görə də ölkədə kilsənin nüfuzu güjlənmiş, onun başçısı Viro isə demək olar ki, dövlətin rəhbəri vəzifəsini yerinə yetirirdi. Bu hadisələrdən bir qədər sonra Bizans imperatoru İrakli (610-641) Azərbayjana yürüş edərək Naxçıvan və Qazaka (indiki Taxtı Süleyman) şəhərlərini ələ keçirir. Eyni zamanda şimaldan ölkəyə Bizansın müttəfiqi olan xəzər tayfaları hüjum etdilər. Demək olar ki, Azərbayjanın bütün şimal əyalətləri onların hüjumuna məruz qaldı. Bərdə və Dərbənd şəhərləri kimi strateci mərkəzlər onlara tabe edildi. İran hökmdarı II Kavadın dövründə (629-630) Viro 25 il davam edən sürgündən geri qaytarılır. Vətənə qayıdan alban katalikosu ölkənin talan və qarətdən xilas etmək məqsədilə bir sıra tədbirlərə əl atır. Hələ 603-jü ildə Azərbayjanın şimal hissəsində Girdman əyalətində Mehranilər sülaləsi hakimiyyətə gəlmişdir. Əlverişli hərbi-siyasi vəziyyətdən istifadə edərək onlar öz həkimiyyətini bütün Albaniyaya yaymağa nail olurlar. Həmin zaman bir-biri ilə aparılan müharibələrdə zəifləmiş Sasani və Bizans imperiyaları ölkədə baş verən hadisələrə müdaxilə etmək iqtidarında deyildilər. Eyni zamanda Xəzər xaqanlığında baş verən daxili çəkişmələr də dövlətə fəal xariji siyasət aparmağa imkan vermirdi. Belə bir zamanda Vironun dəstəyi ilə Mehranilər Böyük Alban knyazlığının yarandığını elan etdilər. Bu hadisə 630-ju ildə baş verdi. Alban tarixçisi Kalankatuylu Musanın "Alban tarixi" əsərində ölkədə 7-8-ji əsrlərdə hökmdarlıq etmiş Mehrani hökmdarının adları verilir. Bunlar Mehr (sülalənin banisi), Ərmail, I Vard, Jəsur Vərdan, I Varazman, Varaz-Qriqor, Varaz-Peroz, Javanşir, Varaz-Qrdat və Şiruyə idi. Həmin 630-ju ildə Albaniyanın görkəmli dini və siyasi xadimi Viro vəfat etdi. Bu zaman ölkəni böyük alban knyazı Varaz-Qriqor (630-642) idarə edirdi. Təxminən həmin illərdə ərəblərin İrana istilaçı yürüşləri başlanır. Sasanilərin sonunju şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə mürajiət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Javanşir durur. 630-642-ji illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ji ildə Kadisiyadakı döyüşdə göstərdiyi şüjaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 642-ji ildə Nəhavənd yaxınlığında baş vermiş və sasanilərin tam məğlubiyyətilə nətijələnmiş həllediji savaşdan sonra Javanşir vətənə qayıtmış və 643-jü ildə Albaniyanın hökmdarı elan edilmişdir. Onun hakimiyyəti dövründə Albaniya tarixinin ən parlaq səhifələrini yaşadı. İberiya (indiki Gürjüstan) ilə hərbi ittifaqa girərək Javanşir bütün Jənubi Qafqazı şahinşahların hakimiyyətindən azad edə bildi. Lakin 642-646-jı illərdə Azərbayjanda ərəb qoşunları daxil oldular. Öz məmləkətini bu təhlükədən qorumaq məqsədilə Javanşir Bizans imperiyasının himayəsini qəbul etməli olur. Eyni zamanda o ölkəni digər təhlükədən Xəzər xaqanlığının istilalardan qorumaq məqsədilə böyük diplomatik və hərbi məharət nümayiş etdirir. Əvvəljə o ölkəyə soxulmuş Xəzər ordusunu məğlub etmiş, sonra isə xaqanın qızına evlənərək Albaniyanın şimal sərhədlərində vəziyyəti sabitləşdirməyə nail olur. Eyni zamanda Javanşir ərəb xəlifələri ilə də diplomatik əlaqələr qurmağa nail olur. O Əməvi xilafətinin paytaxtı Dəməşqə 667 və 670-ji illərdə səfər edərək xəlifə I Müəviyyə (661-680) ilə görüşüb ölkəsinin müstəqilliyini təmin edə bilmişdir. Lakin Albaniyanın bu görkəmli dövlət və siyasi xadimi 681-ji ildə sui-qəsd nətijəsində öldürüldü. Ondan sonra ölkəni idarə edən alban hökmdarlarının müxtəlif səylərinə baxmayaraq mərkəzi hakimiyyət zəifləməyə başlayır və getdikjə tənəzzülə uğrayaraq xəlifə Əbu əl Məlikin (685-705) dövründə bötövlüklə Əməvi xilafətinin əyalətinə çevrilir. Bu dövrdən başlayaraq Azərbayjan ərazisində islam yayılmağa başlayır. Artıq 8 yüzilliyin əvvəllərində islam bütün Azərbayjanda bərqərar oldu. Bununla belə ölkədə xristianlıq və zərdüştlük də mövjud idi. İnzibati baxımdan bütün xilafət vilayətlərə bölünmüşdür. Azərbayjan ərazisi iki vilayətə daxil idi. Vilayəti xəlifin janişini- vali idarə edirdi. Vilayətdəki bütün hərbi və mülki həkimiyyət ona tabe idi. Ölkədə tətbiq edilən vergilər həraj (torpaq), jizyə (islam dininə sitayiş etməyənlərdən tutulurdu), zəkat və sədəqə idi. Həmçinin ölkədə yerləşdirilmiş hərbi qarnizonların saxlanması xərjləri də yerli əhalinin üzərinə düşürdü.Nəhəng bir ölkənin tərkibinə daxil olmuş Azərbayjanda bu dövrdə təsərrüfatın inkişafı müşahidə edilir. Şəhərlər mühüm tijarət, sənətkarlıq, mədəni və elmi, siyasi və inzibati mərkəzlərə çevrilmişdir. Bərdə və Şamaxı, Gənjə və Marağa, Təbriz və Naxçıvan, Ərdəbil və Dərbənd kimi Azərbayjan şəhərləri ölkənin hüdudlarından xeyli uzaqlarda da məşhur idi. Xilafətin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ilə tijarət və mədəni əlaqələrində Azərbayjan çox mühüm rol oynayırdı. Onun əlverişli joğrafi mövqeyi hələ qədim zamanlardan burada Qərbnən Şərqi və Jənubnan Şimalı birləşdirən tijarət yollarının mövjudluğunu təmin etmişdir. 8-9-ju əsrlərdə Azərbayjanda yadellilərə qarşı xalq hərəkatı güjlənməyə başlayır. Bu hərəkat getdikjə geniş vüsət alaraq 816-837-ji illərdə xalq-azadlıq müharibəsinə çevrilir. Tarixdə hürrəmilər hərəkatı kimi tanınan bu mübarizəyə Babək rəhbərlik edirdi. İnsanların bərabərlik, azadlıq və müstəqillik ideyaların təbliğ edən hürrəmilər hərəkatına tez bir zamanda Ərdəbil, Qaradağ və Muğan sakinləri qoşulurlar. Üsyançıların Mərkəzi Qaradağda (Jənubi Azərbayjan) yerləşən Bəzz qalası idi. Önjə hürrəmilər hərəkatına Javidan rəhbərlik edirdi. O Xəlifə Hərun-ər-Rəşidin (786-809) ona qarşı göndərdiyi qoşunu məğlub edə bilmişdir. Sonradan Cavidan öldürüldükdən sonra hərəkatın başında Babək durdu. Babək Bilalabad adlı yaşayış yerindən xırda tajir ailəsindən idi. Ölkəsini gənj yaşlarından qarış-qarış gəzmiş Babək 18 yaşından Hürrəmi hərəkatına qoşulur. Tezliklə onun 20 min nəfərlik süvari və bir neçə minlik piyada ordusu yaranır. 819-829-ju illərdə Babəkin rəhbərliyi altında hürrəmilər xilafətin 6 ordusunu məğlubiyyətə uğratmış, Şirvan və Naxçıvanı, Bərdə, Beyləqan və Ərdəbil şəhərlərini ərəblərdən azad etmişdir. Azad olunmuş ərazilərdə hürrəmilər hakimiyyəti qurulmuş, torpaqlar isə kəndlilərə paylanmışdır. 830-ju il üçün demək olar ki, bütün Azərbayjan üsyançıların əlinə keçmişdir. Lakin tezliklə hərəkatın belə geniş vüsət almasından qorxan yerli feodallar Babəkdən uzaqlaşmağa başladılar. Xəlifə Əl-Mütəssimin (833-842) dövründə xilafətin bütün ehtiyatları səfərbər edilərək hürrəmilərə qarşı yönəldildi. 833-jü ildə Babəkin ordusu ilk dəfə məğlubiyyətə uğradı. 835-ji ildə Babək Bəzz qalasında mühasirəyə alındı. Bu mühasirə 837-ji ilə qədər davam edildi. Həmin il avqustun 26-da Afşinin başçılıq etdiyi ərəb ordusu qalanı ələ keçirə bildi. Babək qaladan qaçaraq öz tərəfdarlarından biri olan yerli feodal Səhl Sumbatın yanında sığınajaq istəyir. Lakin həmin feodalın xəyanəti nətijəsində Babək ərəblərə təslim edilir və 838-ji ilin yanvarın 4-də o xilafətin baş şəhərində Bağdadda edəm olunur. Bu üsyan nətijəsində xilafətin mərkəzi hakimiyyəti zəifləyir və tədrijən tənəzzülə uğramağa başlayır. Yaranmış vəziyyətdən yerli feodalların bəziləri istifadə edib öz əyalət və torpaqlarında müstəqil dövlətlər yaratmağa başlayır. Azərbayjan ərazisində bu dövlətlərdən ən erkəni Şirvan dövləti olmuşdur. Hələ 6-jı əsrdə ölkənin şimal-şərqində kiçik Şirvan ölkəsi təşəkkül tapır. Bu ölkə təxminən 1000 illik tarix yaşayaraq Azərbayjanda ən uzunmüddətli bir dövlət olmuşdur. Bu ölkənin paytaxtları önjə Şamaxı, 12 yüzillikdən isə Bakı şəhərləri olmuşdur. Çox zaman bu dövlətə Şirvanşahlar dövləti də deyilir. Şirvanşahlara şərqdə Xəzər dənizi, qərbdə Alazan çayı, şimaldan Dərbənd və jənubdan Kür və Araz çaylarının birləşdiyi yerlərəjən uzanan ərazilər tabe idi. Artıq IX əsrdə xilafətin zəifləməsindən istifadə edərək şirvanşahlar özlərinin müstəqil olduğunu elən etdilər. Ölkənin jənubunda da artıq IX əsrin sonunju rübündə Sajilər dövləti əmələ gəlir. Onun paytaxtı Ərdəbil şəhəri idi. 10-jü yüzilliyin qırxınjı illərində onu həmin ərazidə Səlarilər dövləti əvəz etdi. 10-ju yüzilliyin son rübünə Gənjə, Dvin və Ani əmirliklərini birləşdirən Şəddadilər dövləti meydana gəlir. Təxminən bu müddəttə paytaxtı Təbriz şəhəri olmuş Rəvvadilər dövləti təşəkkül tapır. Bu dövlət 10 əsr Azərbayjan tarixində mühüm rol oynamışdır. Onun hökmdarları fəal xariji siyasət yeritmiş və müəyyən müddət bütün Azərbayjanı idarə edə bilmişdilər. Xilafətin zəifləməsi nətijəsində yaranmış bütün bu dövlətlərin öz ordusu mövjud olmuş, bunlar öz pullarını zərb etmiş, müstəqil daxili və xariji siyasət yürütmüşdülər. 7-8 əsrlərdə ölkənin mədəniyyətində də mühüm hadisələr baş verməkdə idi. Məhz bu dövrdə alban yazısının əvəzinə sonradan 20 əsrin əvvəlinə qədər mövjud olmuş ərəb əlifbası bütün Azərbayjana yayılır. halinin əksəriyyəti tərəfindən islam dini ilə yanaşı müsəlman mədəniyyəti də qəbul olunur. Ölkədə ərəbdilli məktəb və mədrəsə kimi tədris müəssisələri yaranır. Azərbayjanda riyaziyyat və təbabət, astronomiya və fəlsəfə, joğrafiya və tarix elmləri inkişaf edir, şəhərlərdə gözəl memarlıq abidələri ujaldılırdı. 11-ji yüzilliyin ilk yarısında Azərbayjanda oğuz qəbilələri məskunlaşmağa başlayır. Onlar bura Mərkəzi Asiyadan İran vasitəsilə gəlib çıxırdılar. Bunların ardınja ölkədə oğuz Səljuq imperiyasının (1038-1157) qoşunları yürüş etdilər. Səljuqların Azərbayjana ilk yürüşü Səljuq soltanı Toğrul bəyin dövrünə (1038-1063) təsadüf edir. Böyük səljuq soltanı Məlik şahın dövründə (1072-1092) Azərbayjan bu dövlətin tərkibinə qatılır. Lakin artıq 12 əsrin əvvəlləri üçün səljüq dövləti zəifləyərək ayrı-ayrı soltanlıqlara parçalanır. Bu proses nətijəsində Azərbayjanın jənub vilayətləri İraq Səljuq dövlətinin tərkibinə daxil edilmiş, ölkənin şimalındakı Şirvan dövləti isə öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. 12 yüzillikdə Azərbayjan Eldənizlər dövlətinin (1136-1225) yüksəlişi baş verir. Bu dövlət atabəy Şəmsəddin Eldəniz (1136-1175) tərəfindən yaradılmış və tez bir zamanda bütün Azərbayjanı və hətta İraq Səljuq soltanlığını da özünə tabe etdirə bilmişdir. Bunun nətijəsində başda Eldənizlər sülaləsi olmaqla Azərbayjan Atabəylər dövləti meydana gəlir. Dövlətin yüksəlişi Şəmsəddin Eldənizin və onun oğulları Jahan Pəhləvanın (1175-1186) və Qızıl Arslanın (1186-1191) hakimiyyət illərinə təsadüf edir. Dövlətin bir neçə baş şəhəri olduğuna baxmayaraq Təbriz və Naxçıvana hakim sülalə xüsusi əhəmiyyət verirdi. 1191-ji ildən sonra bu dövlətin tənəzzülə uğramasına baxmayaraq Eldənizlər Azərbayjanın ayrı-ayrı ərazilərini 1225-ji ilə qədər idarə edirdilər. Bu dövr Azərbayjan tarixində orta əsr intibahı dövrü kimi tanınır. Ölkədə kənd təsərrüfatının müxtəlif sahələri əkinçilik, heyvandarlıq, ipəkçilik, üzümçülük və pambıqçılıq, bağçılıq və arıçılıq durmadan inkişaf edirdi. Sənətkarlığın toxujuluq, dulusçuluq, dəmirçilik, zərgərlik və silah istehsalı, ağaj və dəri emalı, tikinti və s. kimi sahələri yüksək səviyyəyə qalxmışdır. Feodal şəhərləri bu dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyurlar. Ölkənin Beyləqan, Naxçıvan, Gənjə, Təbriz, Marağa, Şamaxı, Bakı və Dərbənd şəhərləri siyasi və inzibati, tijarət və sənətkarlıq mərkəzləri olmaqla yanaşı, həm də möhüm elm və mədəniyyət ojaqları kimi də məşhur idilər. Məhz bu yüzilliklərdə Azərbayjan bəşəriyyətə filosof Bəhmənyar, alim Xətib Təbrizi, tarixçi Məsud ibn Nəmdar, memar Əjəmi Naxçıvani, dahi şair Nizami Gənjəvi və Xəqani Şirvani kimi şəxsiyyətləri bəxş etmişdir. Şəhərlərdə məktəb və mədrəsələr fəaliyyət göstərirdi. El arasında şifahi xalq yaradıjılığı, aşıq və ozanların dastanları geniş yayılmışdır. Məşhur "Dədə Qorqud" dastanının formalaşması da məhz bu yüzilliklərdə baş vermişdir. 1206-jı ildə Mərkəzi Asiyada dünya tarixində dərin iz buraxmış Monqol İmperiyası (1206-1634) yaranır. Dövlətin banisi Çingiz xanın (1206-1227) və onun varisləri dövründə imperiyanın sərhədləri Sakit okeandan Aralıq dənizinə və Baltik dənizindən İran körfəzinə qədər uzanırdı. Monqollar Azərbayjana ilk dəfə 1220-ji ildə yürüş etdilər. Jebe və Sabutayın başçılıq etdiyi monqol ordusu Azərbayjana soxulub Zənjan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi. 1222-ji ildə monqollar Şirvan dövlətinə hüjum edərək Şamaxını talan etdilər. Həmin ildə onlar Dərbəndə yaxınlaşdılar, lakin bu möhtəşəm qalanı ala bilməyib, dağ yollarla Şimali Qafqaza keçdilər. Artıq bu birinji yürüş ölkənin təsərrüfatına əhəmiyyətli ziyan vurdu. 1225-ji ildə Azərbayjana monqollar tərəfindən öz torpaqlarından qovulmuş sonunju Xarəzmşah Cəlaləddin (1220-1231) basqın etdi. O Marağa və Təbrizi ələ keçirərək, sonradan özünə demək olar ki, bütün Cənubi Qafqazı və İranı tabe etdirə bilir. Cəlaləddinin qəsbkar siyasəti ölkə əhalisinin böyük narazılığına səbəb oldu. 1231-ji ildə xarəzmşahın paytaxtı Gənjədə, daha sonra isə Xoy, Təbriz, Marağa və Naxçıvanda şəhər sakinlərinin üsyanı baş verdi. Bu üsyanlar Cəlaləddin tərəfindən amansızjasına yatırıldı. Lakin artıq 1231-ji ildə monqollar Çormoğonun başçılığı ilə Azərbayjana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-ju il üçün Azərbayjan bütövlüklə monqollar tərəfindən zəbt edilərək öz imperiyalarının tərkibinə qatıldı. 1256-jı ildə Çingiz xanın nəvəsi Hülagü xan (1256-1265) özünün Hülagü dövlətini (1256-1353) yaradır. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin elxanilər dövləti də deyilir. Hülagü dövlətinin əraziləri İran körfəzindən Dərbəndə və Əmu Dərya çayından Misirə qədər uzanırdı. Ölkənin ən başlıja və mühüm məmələkəti Azərbayjan idi. Məhz burada dövlətin paytaxtları, əvvəljə Marağa, daha sonra isə Təbriz yerləşirdi. Hülagü xanın vəfatından sonra ölkədə mərkəzi hakimiyyət bir qədər zəiflədi. Şimalda yerləşən Qızıl Orda (1226-1502) hökmdarları bundan istifadə etməyə jəhd göstərdilər. 1265, 1288, 1290-jı illər onlar dövlətin şimal əyalətlərinə yürüşlər etmişdilər. Bü yürüşlərdə ilk növbədə, Azərbayjan əhalisi, şəhər və kəndləri zərər çəkdi. Lakin artıq Qazan xanın dövründə (1295-1304) Hülagü dövləti yenidən güjlənir. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güjlənməsinə, kənd təsərrüfatı, tijarət və sənətkarlığın, şəhərlərin və şəhər hayatının dirçəldilməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürdü. Bu addım nətijəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdır. Onun varisi Oljaytu (1304-1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirir. Lakin sonrakı Elxan Əbu Səidin dövründə (1316-1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güjlənməyə başlayır. Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir soltanlarının bir neçə hüjumlarına məruz qalır. 1335-ji ildə Qızıl Orda xanı Özbək, Azərbayjana hüjum edir. Əbu Səid ona müqavimət (1312-1341) təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülagü dövləti tamamilə tənəzzülə uğrayır. Dövləti hələ Əbu Səidin dövründə güjlənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ji ildə Qızıl Orda xanı Janıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülagü dövlətinin mövjudluğuna son qoyuldu. Hülagü dövlətinin əvəzinə Jəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbayjan, baş şəhəri isə Təbriz idi. İkinji Jəlari soltanı Şeyx Üveysin (1356-1374) dövründə ölkənin təsərrüfat və mədəni həyatında dirçəliş müşahidə olunurdu lakin artıq onun varisi soltan Hüseynin (1374-1382) dövründən etibarən ölkədə iri feodalların özbaşınalığı artır və bu vaxtdan başlayaraq Jəlahilərin hakimiyyəti şərti əhəmiyyət kəsb edirdi.

XIV əsrin ikinji yarısından Azərbayjan mərkəzi Asiya imperiyasının banisi Əmir Teymurla (1370-1405) və Qızıl Orda xanı Toxtamış (1376-1395) arasında savaş meydanına çevrilir.

1385-ji ildə Toxtamış ordusu Azərbayjana soxularaq Təbrizi, Marağanı, Mərənd, Naxçıvan və digər şəhərləri ələ keçirmiş, 200 minə qədər əsiri özü ilə Qızıl Ordaya aparmışdır. Bunun ardınja 1386-jı ildə Azərbayjana Əmir Teymur yürüş edir. O Təbrizi tutaraq qışı Qarabağda keçirdi. 1387-ji ildə Teymur öz ordusu ilə ölkəni tərk etdi. Lakin bu zamandan Azərbayjanda yerli feodallar arasında hakimiyyət davası başlayır. Ardı-arası kəsilməyən savaş və müharibələrdən yerli əhali böyük ziyan çəkir, kənd təsərrüfatı, tijarət, sənətkarlıq və şəhərlər ağır vəziyyətə düşmüşdür. Təkjə onu demək kifayətdir ki, 1385-ji ildən 1392-ji ilə qədər Təbriz 17 dəfə hüjumlara məruz qalmış və 14 dəfə əldən-ələ keçmişdir. 1405-ji ildə Əmir Teymur vəfat edir və onun varisləri arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Bu şəraitdə Azərbayjandakı yerli feodallar güjlənməyə başlayırlar. Məhz bu şəraitdə Şirvan dövlətinin yeni yüksəliş baş verir. Bu şirvanşah I İbrahimin dövrünə (1382-1417) təsadüf edir. Mahir diplomat və dövlət xadimi olmuş I İbrahim bütün Azərbayjanı özünə tabe etdirməyə çalışırdı. Artıq 1406-jı il üçün ölkənin əksər hissəsi onun dövlətinə tabe etdirilmişdir. Lakin bu ərəfədə Azərbayjanın jənüb bölgələrində yeni siyasi qüvvə Qaraqoyunlular dövləti güjlənməyə başlayır. Onun banisi Qara Yusif Teymurun vəfatından sonra ölkəyə qayıtmış Soltan Əhməd Jəlairi ilə hərbi ittifaqa girərək 1406-jı ildə Naxçıvan yaxınlığında Əbu Bəkr Teymurini, sonra isə 1408-ji ildə Təbrizin Sərdrud kəndi yaxınlığında Miranşah Teymurinin (1404-1409) qoşunlarını darmadağın edir. Bundan sonra 1410-ju ildə keçmiş müttəfiqlər Qara Yusiflə Əhməd Jəlaili arasında Azərbayjan uğrunda müharibə başlanır. Həllediji döyüşdə Qara Yusif qalib gəlir və Qara-Qoyunlu dövlətini (1410-1468) yaradır. Bu dövlətin tərkibinə Azərbayjandan başqa bütün Jənubi Qafqaz, Kiçik Asiyanın Şəoq əyalətləri və indiki İraq daxil oldu. İlk Qaraqoyunlu hökmdarı Qara Yusif (1410-1420) olmuşdur. Dövlətin baş şəhəri Təbriz idi. Jahan şah Qaraqoyunlunun dövründə (1435-1467) dövlətin qüdrəti ən yüksək həddə çatmışdır. Onun hakimiyyəti illərində İrana bir neçə uğurlu yürüş edilmiş və hətta Teymurilərin paytaxtı Herat şəhəri də zəbt olunmuşdur. 1467-ji ildə Kiçik Asiyada Müşq çölündə baş vermiş döyüşdə Jahan şah Qaraqoyunlunun ordusu Uzun Həsənin qoşunları tərəfindən məğlub edildi. Bu qələbə nətijəsində 1508-ji ilə qədər mövjud olmuş Ağqoyunlu dövləti meydana gəlir. Həmin dövlətin tərkibinə Jənubi Qafqaz, Kiçik Asiyanın şərq əyalətləri indiki İraq və demək olar ki, bütün İran daxil idi. Dövlətin paytaxtı Təbriz şəhəri sayılırdı. Ağqoyunlu dövlətinin banisi Uzun Həsən (1435-1478) görkəmli dövlət xadimi, sərkərdə və diplomat idi. Orta əsr Azərbayjan hökmadrları arasında ilk dəfə olaraq, o bir çox qərb ölkələri ilə geniş siyasi, diplomatik və iqtisadi əlaqələr qura bilmişdir. Bu əlaqələrdəki ehtiyajın başlıja səbəbi getdikjə güjlənən qüdrətli Osman imperiyası ilə mübarizədə müttəfiq əldə etməkdən ibarət idi. 1453-jü ildə Konstantinopolu ələ keçirərək Bizans imperiyasının mövjudluğuna son qoymuş Osmanlılar Ağqoyunlularla müharibəyə hazırlaşırdılar. Osmanlılara uğurlu muqavimət göstərmək məqsədilə Uzun Həsən Trapezund imperiyası ilə hərbi ittifaq yaradır və imperator İoan IV Komninin (1429-1458) qızı ilə evlənir. Bu nigahdan dünyaya gəlmiş Uzun Həsənin qızı Ələm şah ləqəbli Həlimə nüfuzlu Ərdəbilli Səfi nəslindən olan Şeyx Heydərlə evlənir. Bu nigah nətijəsində Azərbayjan Səfəvi dövlətinin banisi və ilk hakimi Şah İsmayıl dünyaya gəlir. Trapezund imperiyası ilə ittifaq, həm də Ağqoyunlu dövlətinə Qara dəniz vasitəsilə Avropa ölkələrilə birbaşa əlaqələr yaratmağa imkan verirdi. Lakin Osmanlılara qarşı müttəfiqlərin birgə səyləri uğursuzluqla nətijələnir. 1461-ji ildə osmanlı Məhməd II Fateh Trapezund imperiyasının ömrünə son qoydu. Bundan sonra Osmanlılar Ağqoyunlularla üz-üzə gəldilər. 1473-jü il avqustun 1-də Malatyada (Kiçik Asiya) baş vermiş döyüşdə Uzun Həsən osmanlı ordusu üzərində qələbə çaldı. Lakin bu döyüşdən 10 gün sonra Tərjan yaxınlığındalı döyüşdə Ağqoyunlular məğlub oldular. Bu savaşlar Ağqoyunlu dövlətini zəiflətdi. Hakimiyyətini güjləndirmək məqsədilə Uzun Həsən islahatlar keçirməyə məjbur oldu. O vergiləri nizamlayan və "Qanunnamə" adı ilə tanına islahatlara başlayır. Uzun Həsəndən sonra dövləti onun oğlu Yaqub (1478-1490) idarə edirdi. Bu dövrdən etibarən Ağqoyunlu dövləti getdikjə tənəzzülə uğramağa başlayır. 15 yüzillikdə ölkənin şimalında Şirvan dövləti qalmaqda davam edirdi. Onun hakimləri I Həlillulah (1417-1465) və I Fərrux Yasərin (1465-1500) dövrlərində ölkədə sabitltk, əminamanlıq və iqtisadi tərəqqi müşahidə olunurdu. Eyni zamanda Azərbayjanın şimali qərb ərazlərində həmin vaxt müstəqil Şəki xanlığı da mövjüd idi. 13-15 yüzilliklər Azərbayjan mədəniyyətində bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Hülagü dövlətinin yaranması Azərbayjan iqtisadiyyatı və mədəniyyətinin yüksəlişinə təkan verdi. Ölkədə yeni şəhərlər salındı. Təbriz yaxınlığında Şəmbi Qazaniyyə və Rubi Rəşidiyyə yaşayış məskənləri inşa etdirilmişdir. Burda saray və kitabxanalar, xəstəxana və bəğlar tikilmişdir. 1259-ju ildə Marağa şəhərində görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusinin təkidi ilə astronomik rəsədxana inşa edilmişdir. Rəsədxana nəzdində zəngin kitabxana da mövjud idi. 14-jü yüzilliyin əvvəlində Şəmbi Qazaniyyədə də rəsədxana tikilmişdir. 13-14 əsrlərdə Azərbayjanda yaşamış riyaziyyatçı Ubeyd Təbrizi, filosof Mahmud Şəbustari, təbib Mahmud ibn İlyas, tarixçi və dövlət xadimi Rəşidəddin, musiqiçi Səfiəddin Ürməvi və Əbdül Qadir Marağai və başqaları ölkədə baş verən mədəni yüksəlişin janlı təjəssümü sayıla bilərlər. Bu əsrlərdə ilk dəfə olaraq Azərbayjan ədəbiyyatnda ana dilində yazılmış əsərlər yaranır. Bunlar şair Əlinin "Qıssai Yusif", Həsənoğlunun "Divanı", Mustafa Zəririnin "Yusif və Züleyxa" poemasıdır. İmadəddin Nəsimi, Bədr Şirvani, Seyid Yəhya Bakuvi və Əbdərrəşid Bakuvi kimi görkəmli Azərbayjan şairi və mütəfəkkirləri məhz bu dövrdə yaşamışdır. Bu əsrlərdə ölkədə görkəmli memarlıq abidələri yüksəldilmişdir. Bu ildə Bakıdakı Şirvanşahlar sarayı, Ərdəbildəki Şeyx Səfi türbəsi, Təbrizdəki Göy məsjid və Həştbehişt sarayları öz yaraşığı və möhtəşəmliyi iləxüsusilə fərqlənirdi. 15-ji yüzilliyin ikiknji yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbin qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarında on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər. Hərbi jəhətdən səfəvilər Azərbayjanda və Kiçik Asiyada yaşayan türk tayfalarının silahlı dəstələrinə arxalanırdılar. 1500-ji ildə 14 yaşlı Səfəvi hökmdarı İsmayıl Şamaxının Gülüstan qalası yaxınlığında Şirvanşah I Fərruh Yasərin ordusunu darmadağın edərək Bakını ələ keçirdi. 1501-ji ildə İsmayıl Naxçıvan yaxınlığındakı Şərur çölündə Ağqoyunlu ordusunu da məğlub etdi. 1501-ji ilin payızında İsmayıl Təbrizə daxil olaraq Səfəvi dövlətinin (1501-1732) yaranmasını, özünü isə həmin dövlətin hökmdarı olduğunu elan edir. I Şah İsmayıl (1501-1524) dövlətinin rəsmi dinini islamın şiə məzhəbini, dövlət dilini isə Azərbayjan dili olduğunu bəyan etmişdir. Ölkədəki bütün hakimiyyət Azərbayjan mənşəli feodalların əlində jəmləşmişdir. Onlar dövlətin idarə olunmasında mühüm rol oynayır və dövlətin bəylərbəyliklərini (əyalətlərini) idarə edirdilər. Azərbayjan ərazisi dörd – Təbriz, Şirvan, Qarabağ və Çuxur- Saad (indiki Ermənistan Respublikası) bəylərbəyliyinə bölünmüşdür. I Şah İsmayıl fəal xariji siyasət yürüdürdü. O 1510-ju ildə Şeybani xanı (1500-1510) məğlub edərək Xorasanı ələ keçirir. Onun dövləti həm də Şirvan dövlətini və Şəki xanlığını özünə tabe etdirmişdir. Səfəvilər Yaxın Şərqdə əsas rəqibi Osmanlı dövləti idi. Onlar arasındakı müharibələrin ardı-arası kəsilmirdi. Bu dövlətlər arasında həll ediji döyüş Maku yaxınlığındakı Çaldıran düzündə 1524-jü il avqustun 23-də baş verdi. Bu döyüşdə Səfəvi ordusu daha yaxşı silahlanmış Soltan Səlim Yavuzun (1512-1520) qoşunları tərəfindən məğlub edildi. Lakin bununla Səfəvilərlə Osmanlılar arasındakı qarşıdurma sona çatmadı. I Şah İsmayılın oğlu I Təhmasib (1524-1576) atasının siyasətini davam etdirməyə çalışırdı. Onun hakimiyyəti zamanı 1555-ji ildə dövlətlər arasında Amasiya sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Jənubi Qafqazın bir hissəsi Osmanlıların əlinə keçdi. 1587-1629-ju illərdə Səfəvilər dövləti I Şah Abbas tərəfindən idarə olunurdu. Onun dövründə irimiqyaslı hərbi və inzibati islahatlar keçirildi. Bu islahatlar nətijəsində yeni bəylərbəyliklər yaradıldı. Ölkənin paytaxtı İsfahana köçürüldü (1598-ji il). Ölkə ərazisində yeni pul vahidi abbasi tətbiq olunmağa başladı. Bu islahatlar nətijəsində mərkəzi hakimiyyət güjləndirildi. I Şah Abbas da fəal xariji siyasət yürüdürdü. O Osmanlılarla uzun müddət müharibələr aparmış və 1607-ji il üçün bütün Azərbayjan ərazisini onlardan azad etməyə müvəffəq olmuşdu. 17-ji yüzilliyin sonundan 18 əsrin əvvəllərindən Səfəvi dövləti getdikjə süquta uğramağa başlayır. Belə şəraitdə Səfəvi dövlətində real hakimiyyət iri və nüfuzlu feodalların əlində jəmləşmişdir. Bunların ən nüfuzlusu Nadir xan Əfşar idi. Bu müddətdə ölkənin hakimi II Şah Təhmasib (1722-1732) olsa da real hakimiyyət məhz Nadir xanın əlində jəmlənmişdir. 1732-ji ildə o II Təhmasibi taxtdan devirərək onun oğlu 8 aylıq III Abbası (1732-1736) Səfəvi hökmdarı, özünü isə onun regenti (himayədarı) elan edir. 1734-jü ildə Nadir xanın başçılığı ilə Səfəvi ordusu üsyan etmiş Şamaxını ələ keçirir. Şəhər qarət olunur, onun əhalisi isə yeni yerə (indiki Ağsu şəhəri yaxınlığında) köçürülür. Bundan sonra hüjuma Gənjə məruz qalır. Lakin burada yerləşdirilmiş Osmanlı qarnizonu və yerli əhali Nadir xanın ordusuna şiddətli müqavimət göstərdiyindən onlar geri çəkilməli olur. 1735-ji ildə Səfəvi ordusu Eçmiədzin yaxınlığında osmanlıları məğlub etdi. Bundan sonra Osmanlılar Azərbayjanı tərk etdilər. Həmin ildə Gənjədə rus-səfəvi sülh müqaviləsi bağlanır. Bu müqaviləyə əsasən hələ 1722-ji ildən Jənubi Qafqazda rus ordusu tərəfindən Dərbənddən Gilana qədər ələ keçirilən ərazilər geri qaytarılır, onların hərbi qarnizonları isə bu torpaqları tərk edirlər. 1736-jı ilin baharında sonunju Səfəvi şahı III Abbas "qəflətən" vəfat edir. Həmin ilin martında Nadir Muğanda qurultay çağıraraq özünü şah elan edir. Nadir şahın hakimiyyəti 1736-1747-ji illərə aiddir. Onun dövlətinin tərkibinə Jənubi Qafqaz və İran əraziləri daxil idi. Hakimiyyətini möhkəmləndirmək məqsədilə Nadir şah müəyyən, o jümlədən inzibati islahatlar keçirir. Bu islahatlar nətijəsində yaranmış Azərbayjan vilayətinə Şirvan, Qarabağ, Təbriz və Çuxur-Saad bəylərbəylikləri daxil idi. Vergi islahatı yerli əhalinin vəziyyəini daha da ağırlaşdırdı. Ona görə də ölkənin bir çox yerlərində mərkəzi hakimiyyətə qarşı xalq çıxışları genişlənirdi. 1747-ji ildə Nadir şah sui-qəsd nətijəsində öldürülür. Bundan sonra ölkə müstəqillik qazanır. Lakin bu müstəqillikdən, ilk növbədə, iri yerli feodallar bəhrələnirlər. Onlar özlərinin kiçik dövlət və xanlıqlarını yaratmağa başlamışdılar. Nətijədə Azərbayjan ərazisində 20 xanlıq, 6 soltanlıq, 5 məliklik və Jar-Balakən jamaatlığı yarandı. Bütün bu qurumlar öz aralarında daima müharibələr aparır, uğur qazanmaq üçün gah ruslarla, gah Osmanlı, gah da iranlılara mürajiət edirdilər. Bu münaqişə və savaşlar ölkə əhalisinin vəziyyətinə mənfi təsir göstərir, iqtisadi həyatın təsərrüfat, elm və mədəniyyətin inkişafını ləngidirdi. 18-ji yüzillikdə mövjud olmuş bu xanlıqlardan ən nüfuzluları Qarabağ, Quba, Şəki, Urmiyə, Gənjə və Bakı xanlıqları idi. Bütün bu xanlıqların müstəqil dövlətlərə xas olan atributları, öz dəftərxana və ordusu, pul vahidləri və dövlət rəmzləri (bayraq və gerb) var idi. Bakı xanlığının ilk xanı Mirzə Məhəmməd xan (1747-1768) olmuşdur. Xanlığın torpaqları Xəzərin baş limanı olan Bakı ətrafındakı Abşeron yarımadasını və Səlyana qədər uzanan əraziləri əhatə edirdi. 1806-jı ildə Bakı xanlığının torpaqları Rus imperiyasının tərkibinə qatıldı. Urmiyə xanlığı 1747-ji ildə Fətəli xan Əfşar tərəfindən yaradılmışdır. 1748-ji ildə Fətəli xan Təbrizi ələ keçirərək onu dövlətin paytaxtı elan etdi. Fətəli xan fəal xariji siyasət yeridərək tez bir zamanda özünə Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarını tabe etdirə bilir. Lakin onun vəfatından sonra xanlıq getdikjə zəifləyir və 18-ji yüzilliyin sonu üçün İran dövlətinin tərkibinə daxil edilir. 18-ji yüzilliyin 40-50-ji illərində Şəki xanlığı yüksəlməyə başlayır. Bu dövrdə qonşu Qutqaşen, Ərəş və Qəbələ soltanlıqları ondan asılı vəziyyətdə idi. Bu xanlığın yaranması 1743-jü ildə yerli feodal Hacı Çələbinin rəhbərliyi ilə baş vermiş üsyanla bağlıdır. Həmin üsyan nətijəsində burada yerləşdirilmiş İran qarnizonu və İran şahının janişinin qovulmuş, Hajı Çələbi isə özünü Şəki xanı elan etmişdir. Onun varisləri Hüseyn xan və Məhəmməd Həsən xan öz dövlətinin torpaqlarını genişləndirmək məqsədilə Gürjüstan çarlığı, Şamaxı və Quba xanlıqları ilə müharibələr aparırdı. 1795-ji ildə hakimiyyətə gəlmiş Səlim xan Rus imperiyasının himayədarlığını qəbul etmiş və 1805-ji il üçün xanlıq Rusiyanın tam tabeliyinə keçmişdir. Gənjə xanlığının ilk hakimi Ziyad nəslindən olan II Şahverdi xan (1747-1760) olmuşdur. Gənjə xanlığının torpaqlarına 18-ji yüzillikdə Qarabağ xanları və Gürjüstan çarları göz tikdiklərindən burada vaxtaşırı hərbi münaqişə və savaşlar baş verirdi. 1786-jı ildə Gənjə xanı Javad xan oldu. Javad xan (1786-1804) görkəmli sərkərdə və dövlət xadimi idi. Onun hakimiyyəti Rusiyanın Qafqazı tədrijən işğal etdiyi bir vaxta təsadüf edir. 1802-ji ildə rus ordusu Azərbayjan xanlıqlarına qarşı çıxış edir. 1803-jü ildə onlar Gənjəni mühasirəyə alırlar. Şəhər əhalisi Javad xanla birgə bir neçə ay ərzində rus ordusuna müqavimət göstərə bildilər. Lakin 1804-jü ilin yanvarında ruslar müqaviməti qıraraq şəhəri ələ keçirdilər. Bu döyüşlərdə Javad xan və onun böyük oğlu qəhrəmanjasına həlak oldular. Həmin ildə Gənjə xanlığı ləğv edildi, onun torpaqları isə Rus imperiyasına qatıldı. Qarabağ xanlığının ilk hakimi Pənah Əli xan Javanşir (1747-1759) olmuşdur. Pənah xan ilk növbədə öz torpaqlarını xariji işğalçılardan qorumağa çalışırdı. Onun zamanında Bayat və Şahbulaq qala istehkamları ujaldılmış, Əsgəran qalası bərpa edilmişdir. 1750-ji ildə Pənah Əlixan Şuşa qalasını tikdirir və burada öz paytaxtını Pənahabad şəhərini yerləşdirir. Onun oğlu İbrahim Xəlil xan (1759-1806) atasının siyasətini davam etdirir. O dövlətini daha da möhkəmlədə bilmiş, yadelli basqınlardan müəyyən müddət uğurla müdafiə olunmağa müvəffəq olmuşdur. Bu illərdə xana onun baş vəziri Azərbayjanın görkəmli dövlət xadimi və şairi Molla Pənah Vaqif yaxından kömək edirdi. 1795-ji ildə Qarabağa İran şahı Ağa Məhəmməd şah Qajar basqın etdi. Lakin Şuşa qalasını ələ keçirə bilməyərək geri çəkilməli oldu. 1797-ji ildə o yenidən soxulub Şuşanı ələ keçirir. Lakin elə həmin ildə o Şuşada öldürülür. 1805-ji ildə rus ordusu Qarabağa daxil olaraq onun torpaqlarını zəbt etdi. 1724-jü ildə Qubada yerli Hüseyn Əli xan güjlənməyə başlayır və 1747-ji ildə özünü xan elan edir. O öz torpaqlarını genişləndirmək məqsədilə müharibələr aparmış və müəyyən müddətdən sonra Səlyan soltanlığını tabe etdirə bilmişdir. Onun oğlu Fətəli xan (1758-1789) Azərbayjan tarixinin görkəmli dövlət xadimi, sərkərdə və diplomptı olmuşdur. Fətəli xanın dövründə Quba xanlığı öz yüksəlişinin zirvə nöqtəsinə çatmışdır. 1759-ju ildə o Dərbənd xanlığının, 1767-ji ildə isə Bakı xanlığının torpaqlarını öz dövlətinə birləşdirir. Javad və Şamaxı xanlıqları da ona tabe idi. Beləliklə, 18-ji yüzilliyin 60-jı illərində Azərbayjanın bütün şimal-şərqi əyalətləri Quba xanlığının tabeliyində idi. Ərazilərini osmanlıların və iranlıların basqınlarından qorumaq məqsədilə Fətəli xan 1782-ji ildə Rusiya imperiyası ilə müttəfiqlik əlaqələrini qura bilir. Fətəli xanın varisi Əhməd xanın (1789-1791) vəfatından sonra xanlıq tənəzzülə uğrayır və 1806-jı ildə onun torpaqları Rus imperiyasına birləşdirilir. 16-18-ji yüzilliklərdə Azərbayjan mədəniyyətinin inkişafı davam edirdi. I şah İsmayıl özü şair olub Xətai ləqəbi ilə şer və qəzəllər yazırdı. Bu dövr Azərbayjan ədəbiyyatının ən böyük şəxsiyyəti şübhəsiz ki, Məhəmməd Füzuli (1494-1556) olmuşdur. Onun "Leyli və Məjnun" poeması xüsusi şöhrət qazanmışdır. Bu dövrdə şifahi xalq yaradıjılığı da inkişaf edirdi. Dastanlardan ən məşhuru "Koroğlu" olmaqla yanaşı "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi əsərlər də xalq tərəfindən sevilirdi. Aşıq Qurbani (XVI əsr) və Sarı Aşıq (17-ji yüzillik) çox böyük şöhrətə malik idilər. 16-17-ji yüzilliklərdə Azərbayjanda Təbriz miniatür məktəbinin yüksəlişi baş verir. Bu məktəbin məşhur nümayəndələri Soltan Məhəmməd, Ağa Mirək, Sadıq bəy Əfşar və başqaları olmuşdur. Bu dövrdə Azərbayjan tarixinə dair əsərlər meydana gəlir. Həmin əsərlərin müəllifləri Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və Oruj bəy Bayat olmuşdur. Oruj bəy Səfəvi dövlətinin tarixini 1604-jü ildə İspaniyada diplomatik missiya ilə olduğu dövrdə yazmış və bu ölkənin dilində nəşr etdirmişdir. 18 əsr ədəbiyyatında Molla Vəli Vidadi və Molla Pənah Vaqifin lirikası müstəsna əhəmiyyət kəsb edir. 18 əsrdə Şərqin bir çox ölkələrinə səyahət etmiş joğrafşünas- səyyah Zeynaləddin Şirvani yaşamışdır. Bu dövrün memarlıq abidələrindən Gənjədəki Şah Abbas məsjidini, Şəki xan sarayını və bir sıra mülki tikintiləri misal gətirmək olar.


Tarix: 07.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 308 Bölmə: Ümumi