beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəlləbur qalası Tarixi

Bəlləbur qalası orta əsr memarlığı nümunəsidir. Abidənin VIII-IX əsrlərdə tikildiyi ehtimalı var gəlir. Qalanın qalıqları Lənkəran şəhərindən 9 km aralı Bəlləbur kəndi yaxınlığında yerləşir. Uca dağlar qoynunda salınmış bu qala təqribən bir hektar sahəni əhatə edir. Hündürlüyü 4-5 metr, eni 2 metr olan qala divarları kvadrat formada olan (22 x 22 x 6 sm) qırmızı kərpicdən və çay daşından hörülmüşdür. Hər tərəfi dağ, ətrafı yaşayış məntəqələri ilə hüdudlanmış Bəlləburun yerləşdiyi ərazi böyük hərbi-strateji əhəmiyyətə malik imiş. Qalanın içərisindəki əzəmətli bürcdən 60-80 kilometrlik məsafə o vaxt ovuc kimi görünürmüş. VIII-XIV əsrlərdə böyük bir ərazinin hər tərəfinə buradan nəzarət edilirmiş. Bəlləbur həm də möhtəşəm qala şəhərmiş.


Tarix: 07.01.2015 / 23:39 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi