beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxri xiyaban Yaranma tarixi

Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmış və həmin tarixdən Fəxri xiyabanın qurulmasına başlanmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri — Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülmüş və onların qəbirüstü abidələri qoyulmuşdur. Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

Fəxri xiyaban yaradıldıqdan sonra Azərbaycanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilmişlər. Hazırda Fəxri xiyaban vətəndaşların və xarici qonaqların ziyarət yerinə çevrilmişdir.

Sovet dövründə və müstəqillik illərində Azərbaycan Respublikasında yüksək vəzifələr tutmuş, o cümlədən dövlət başçıları, parlament sədrləri, nazirlər, deputatlar, xalq yazıçıları və şairləri I Fəxri Xiyabanda dəfn olunurlar.

Hazırda I Fəxri Xiyabanda 251, II Fəxri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub


Tarix: 08.01.2015 / 01:09 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Ümumi