Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsrlər

Azərbaycan tarixi-Orta əsrlər dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-651) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.

633-cü ildə Ərəb qoşunları Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur. Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər. Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində "əbədi od" deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.

816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur. 819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti (861-1538) yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıyaköçürdü.

X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.

Sacilər dövlətinin (879-941) əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövlətinin (941-981) paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər (981-1054) dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü. Qəznəvi dövlətinin (962-1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi. Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı. XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.

Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin (971-1086) əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.

Qacarlar — 1796 və 1925-ci illər arasında İran və Azərbaycanda hakimiyyətdə olmuş türk sülaləsidir. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar.


Tarix: 07.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Ümumi
loading...