beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Su" olduğunu düşün

İndi sən «su» olduğunu düşün. Su qədər xüsusi, su qədər faydalı və su qədər çox, tükənməz ...su
İnanıram ki, həqiqətən də eləsən. Amma istər bulaqlardan tökül, istər göylərdən yağ, istər çaylar dolusu ax; dibi olmayan bir vedrəni doldura bilməzsən. Yəni səni dinləməyənlərə səsini eşitdirə bilməzsən ...
Unutma! Daha çox qışqırdığında daha çox dinlənməzsən. Səs-küyün parçası olarsan yalnız!
Suyun yanında olanlar suyu ən az içənlərdir. Çünki, «Su onsuz da burada, lazım deyil ki suyu doya-doya içmək» -deyə düşünürlər. Eynilə, səsini davamlı eşidənlərin səni dinləmədikləri kimi.
Meşədəki heç bir heyvan, çayın səs-küylər qoparan yerindən su içməyə çalışmadı indiyə qədər. Hamısı, həmişə səhərin ən sakit anını gözlədi; suyun durğun yerlərini tapa bilmək üçün getdilər və sakit sakit doyunca içdilər. Onlar üçün ən uyğun olan və öz istədikləri zamanda .
Sən, həmişə bir su olduğunu düşün. Su kimi gözəl, su kimi faydalı, su kimi imtina edilməz… Və su kimi həyat qaynağı olduğunu düşün. Amma su kimi yaşadıcı ol; Su kimi dağıdıcı, sürükləyici və öldürücü deyil!
Sən bir su ol… Amma rəhmət ol, fəlakət deyil! Susansa, tarlalarını basma insanların, yuvalarını yıxma, ocaqlarını söndürmə. Sənə «fəlakət» deyilməsin! Susansa, bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!
Su, uca Allahın insanlar üçün yaratdığı ən böyük nemətlərdən biri… Və suya bənzədiyini unutma! Su kimi xüsusi, su kimi gözəl, su kimi faydalı, su kimi lazımlı və su kimi bitməz-tükənməz olduğunu da unutma.
Ayrıca su kimi sakit ola biləcəyin kimi, su kimi də «qiyamətlər» qoparıcı ola biləcəyini unutma .
Unutma, sənin işin rəhmət olmaqdır, fəlakət deyil! Vadilər varkən qarşısında və düzənliklər varkən yayıla biləcəyin, kiçik çaylara ayıra bilirsənsə özünü və stəkanlara bölə bilirsənsə, həyat verərsən ətrafına. Və dünya döndüyü müddətcə yaşaya bilərsən. Əks halda həmişə eşidilməyən, dinlənməyən, qorxulan və qaçılan olarsan sellər, fəlakətlər kimi…
Seçim əlində idi həmişə və həmişə də «sənin» əllərində olacaq. Ya tutmağı öyrənəcəksən dilini ya da heç dayanmadan danışdığın üçün, yalnız, bomboş və mənasız səslər çıxardan biri olduğunu göstərəcəksən ətrafındakı insanlara!
Düşünəcəksən nə vaxt nə söyləyəcəyini. Düşünəcəksən kimin dinləyib, kimin dinləmədiyini, kimin anlayıb, kimin anlamadığını. Düşünəcəksən izah etmək istədiklərinin nə qədərini izah edə bildiyini… Hətta anlayanların anladıqlarının da sənin izah etdiklərinin nə qədəri olduğunu düşünəcəksən…
Və danışmaq üçün ən uyğun zamanı gözləyəcək, ən az amma, ən uyğun sözləri seçməyə çalışacaqsan. Axmaq olmayan yolçuların, əvvəldən aldıqları biletləri ciblərində olduğu halda, saatlarına nəzarət edərək, vaxt yaxınlaşdığında, gəminin qalxacağı körpüdə hazır olmaları kimi, sən də fikirini bildirəcəyin adamın «sahilə yanaşmasını» gözləyəcəksən! Deməyəcəksən- «Mən ürəyim istəyincə gedərəm körpüyə, gəmi də o saniyədə gəlmək məcburiyyətindədir! » Deməyəcəksən- «Mən ağlıma gələni ağlıma gəldiyi şəkildə deyərəm. Qarşımdakı də deyil eşitmək, deyil dinləmək, danışdığımdan belə çoxunu anlamaq məcburiyyətindədir! „
Kaş ki elə olsaydı. Kaş ki haqlı olsaydın, amma təəssüf ki, deyil. Ağzını açıb “şəlalədən tökülən suyu» içməyə çalışan bir dovşan gördünmü heç? Və ya önünə çıxan ağacları belə sürükləyən bir seldən su içən bir ceyran gördünmü heç? Aslanlar belə içə bilmək üçün suyun dayanmasını gözləyər, beyni olan hər varlıq kimi!
Sən indi «su olduğunu» düşün, və özünü «su kimi» hiss et ...
Su kimi xüsusi, su kimi gözəl, su kimi aydın, su kimi faydalı. Su kimi həyat qaynağı və su kimi bitməz-tükənməz olduğunu xatırla. Amma yenə su kimi «bir kiçik stəkanın içinə» sığdır ki özünü, insanların damarlarında gəzməyi bacarasan.
Su kimi həyat ver! İmtina edilməz ol!


Tarix: 05.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Ümumi Psixologiya