beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özümüzə olan inamı artıraq

Özünə olan inamı inkişaf etdirmə taktikaları
Əhəmiyyətli bir döyüş əsnasında Yapon bir sərkərdə əsgərlərinin sayının düşmənlə müqayisədə çox az olmasına baxmayaraq hücuma keçmək qərarını verir. Ordusunun qazanacağına olan etibarı sonsuzdur. Ancaq əsgərləri zəfər mövzusunda olduqca narahatdırlar. Döyüş sahəsinə doğru irəliləyərkən yol kənarındakı bir məbəddə dayanıb birlikdə dua edirlər. Daha sonra sərkərdə cibindən xırda pul çıxararaq: "İndi bu pulu atacağıq. Əgər şəkil gəlsə, biz qazanacağıq, yox, əgər yazı tərəfi düşsə, uduzacağıq və qismətimiz beləcə ortaya çıxacaq" deyir.Xırda pulu havaya atır və hər kəs səbirsizcə pulun yerə düşməsini gözləyir. Şəkil üzü düşür. Döyüşçülər çox sevinirlər və özlərinə olan inamları artır. Bu coşquyla düşmənə hücum edir və döyüşü qazanırlar. Bir müddət sonra köməkçilərindən biri sərkərdənin yanına gələrək onun şücaətini təqdir edərcəsinə, "Kimsə qisməti dəyişdirə bilməz" deyir. İki tərəfi də şəkil olan pulu göstərərək "haqlısan" deyə cavab verir sərkərdə...!!

yapon sərkərdəsi
Hamımız hekayədə olduğu kimi zaman-zaman çətin vəziyyətlərlə qarşı-qarşıya qalmışıq. Əksər hallarda qərar vermək və hərəkətə keçmək üçün bəzi istiqamətləndirmələrə ehtiyac duymuş və sanki içimizdəki "Biz"i biz edən və hərəkətə keçməmizə köməkçi olacaq o gücü hiss etməkdə çətinlik çəkmişik.

Bu bir həqiqətdir ki, həyatda əldə etdiyimiz müvəffəqiyyətlərin heç biri təsadüflər nəticəsində qazanılmamışdır. Yəni, burada əhəmiyyətli olan məqam bizim müvəffəqiyyətli olmaq və qazanmaq üçün qismət oyunu oynamayıb, əksinə, bu qisməti meydana gətirə bilməyimiz üçün bir ön hazırlıq etməyimiz, çalışmağımız, bacarma instinktiylə hərəkətə keçməyimizdir.

Bəzən sanki bir şeylər səsimizi kəsər: bəyənilməmək qorxusu, kənarlaşdırılma qayğısı, davam edən nizama boyun əymək, ya da sıx bir çatışmazlıq hissi və s. kimi mənfi gözləntilər duyğu və düşüncələrimizi çox az açmağımıza, yaxud da heç açmamağımıza səbəb olur.

Bütün bunlarla yanaşı öz mənfi fərziyyələrimizlə bəslədiyimiz "dağıdıcı" düşüncə strukturlarımızı məğlub etmək üçün bəzi "təmir edici" texnikalar da var:

Güclü tərəflərimizi müəyyən etmək və onların üstündə daha çox dayanmaq:

Sınadığımız hər yeni şey üçün özümüzə şans verməliyik. Əhəmiyyətli olan əldə edilən nəticə deyil, bu yolda xərclənən səylərdir. Buna görə özümüzü təqdir etməyi bacarmalıyıq.

Riskə getmək:

Hər yeni sınağa yeni bir öyrənmə fürsəti olaraq baxa bilmək. Əsl olan qazanmaq, yaxud itirmək deyil! Ancaq bu şəkildə yeni fürsətlərlə qarşılaşa bilərik və özümüzü olduğumuz kimi qəbul edə bilərik. Əks təqdirdə hər fürsət açılmamış bir qutu olaraq içimizdə qalacaq, bu səbəbdən də müvəffəqiyyətsizliklə nəticələnib, fərdi inkişafımıza maneə törədəcək.

Öz daxilimizlə danışmaq:

Özümüzlə danışaraq mənfi fərziyyələrimizə son qoya bilərik. Özümüzə haqsızlıq etdiyimiz vəziyyətlərdə "dayan baxaq, o qədər də deyil" deyərək daha müsbət fərziyyələr çıxarmalıyıq. Məsələn, hər hansı bir şeyin mükəmməl olmasını gözlədiyimiz bir vəziyyətdə, hər şeyi mükəmməl edə bilməyəcəyimizi, əhəmiyyətli olanın əlimizdən gəldiyi qədərini ən yaxşı şəkildə etməyə çalışmaq olduğunu özümüzə xatırlamaq gözəl bir fikirdir.

Fərdi qiymətləndirmə etmək:

Özümüzü hər şeydən və hər kəsdən müstəqil olaraq qiymətləndirə bilmək... Daxili olaraq özümüz öz davranışımız haqqında nə düşünürük? Bu tərz bir dünyagörüşü daxili olaraq daha güclü hiss etməmizi təmin edəcək və fərdi gücümüzü başqalarının əllərinə təslim etməmizə maneə törədəcək.

Özümüzü sevmək:

İnsanlar özlərini sevdiklərində həm duyğusal, həm də fiziki olaraq özlərini etibarda hiss edirlər.

Nəticə olaraq:

Özümüzə olan inam üçün başımızı qaldırıb dik dayanmağımız və gələcəyə güvənlə, nikbin bir şəkildə baxmağımız həyatımıza yeni üfüqlər qazandıracaq.


Tarix: 05.12.2014 / 15:17 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Ümumi Psixologiya