Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı daha yaxşıdır... bir fincan qəhvədən nələr ola bilər?Səhər yeməyi üç

Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Bu hadisəyə qədər sizin heç bir rolunuz yoxdur.Ancaq bundan sonra baş verənlər artıq sizin rolunuzdan asılıdır...

Şikayət etməyə başlayırsız.Və qəhvəni köynəyinizə tökdüyü üçün qızınızı məzəmmətliyirsiniz.Təbii ki,qızınız da pərt olur və ağlamağa başlayır.Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız.Mübahisə başlayır.Əsəbləriniz bir az da gərilir.Yan otağa keçib köynəyinizi dəyişirsiniz.Qayıdanda qızınızın ağlamaqdan gözlərinin qızardığını görürsünüz.Üstəlik,səhər yeməyini yemədiyinin şahidi olursunuz.Təbii ki,vaxtında süfrədən qalxmadığı üçün qızınız avtobusa gecikir.Həyat yoldaşınız işə gecikməmək üçün tez-tələsik evdən çıxır.Siz də qanıqara maşınınıza minirsiniz və qızınızı məktəbə çatdırmaq üçün yola çıxırsınız.Gecikdiyiniz üçün saatda 60 km sürətlə getməli olduğunuz halda 90 km sürətlə gedirsiniz.15 dəqiqə gecikəndən və qaydanı pozduğunuza görə cərimə ödəyəndən sonra məktəbə çatırsınız.Qızınız sizinlə sağollaşmadan məktəbin qapısına qaçır.

20 dəqiqədən sonra işə gəlirsiniz.Bu vaxt çantanızla birlikdə sənədlərnizi evdə unutduğunuzu xatırlayırsınız.Beləliklə,iş gününüz xoşagəlməz hadisələrlə başlayır.İndi isə işdən çıxacağınız vaxtı gözləyirsiniz.İşdən çıxandan sonra evə çatırsınız.Ancaq evdə hələ də hər kəsin üzündə bir soyuqluq görürsünüz...

Bəs bütün bunlara səbəb nə idi?Qəhvə,qızınız,polis, yoxsa siz?Cavab:Əlbəttə ki,siz...Bəli hadisələrin belə cərəyan etməsində günahkar sizsiniz.Əslində isə belə olmalı idi.

...Səhər yeməyi üçün süfrə arxasındasınız.Qızınız qəhvə fincanına toxunur və qəhvə köynəyinizə tökülür.Siz nəzakətlə: "Eybi yox,qızım,gələn dəfə diqqətli ol",-deyirsiniz.Yan otağa keçirsiniz.Köynəyinizi dəyişib otaqdan çıxırsınız.Bu vaxt pəncərədən qızınızın artıq avtobusa mindiyini görürsünüz.Hətta,onun arxasınca əl də edirsiniz.

Siz və həyat yoldaşınız evdən çıxmazdan əvvəl sağollaşırsınız.Çantanızı götürüb evdən çıxırsınız.5 dəqiqə tez işə gəlirsiniz.Kefiniz kökdür.Hamı sizin əhval-ruhiyyənizdən danışır.

İki müxtəlif ssenari...İkisi də eyni cür başlandı,ancaq ikisi də başqa cür qurtardı.Niyə?Niyəsi 90/10 prinsipindədir.Təəssüf kİ,çoxmuz bunu başa düşmək istəmirik.İndi isə 90/10 prinsipi haqqında...Həyatın 10 faizi başınıza gələnlərdən ibarətdir.Qalan 90 faizi isə sizin başnıza gələnlərə münasibətlərnizdən.Bəzən xəstələnirsiniz,bəzən maşınızın xarab olur,bəzən təyyarə gecikir və bütün planlarnız alt-üst olur,bəzən marşurtda sürücü sizi hövsələdən çıxarır.Bəs nəticə?Nəticə əsəb,stress,başağrı...Deməli,əsas məsələ hadisələrin necə baş verməsindən yox,bizim hadisələrə necə münasibət göstərməyimizdədir.


Tarix: 05.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Ümumi Psixologiya
loading...