beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

15 mükəmməl qayda

Divarınıza yapışdırın və maneələri aşmaq üçün gücə ehtiyacınız olduğu zaman baxın!
1. Uğursuzluq- sadəcə olaraq hər şeyə yenidən və daha müdrik şəkildə başlamaq üçün bir imkandır. Henri Ford

2. Əgər problemi həll etmək olarsa, ona görə narahat olmağa dəyməz. Əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirtmək faydasızdır. Dalay Lama

3. Siz çox istedadlı olsanız və çox güc sərf etsəniz belə, bəzi nəticələrə nail olmaq üçün gözləmək lazımdır. Doqquz qadını hamilə olmağa məcbur etsəniz də, bir aydan sonra uşaq əldə edə bilməzsiniz.Uorren Baffet

4. Həyatda bir dəfə bəxt hər kəsin qapısını döyür. Lakin əksəriyətən, insan o zaman yaxınlıqdakı pivəxanada oturur və heç bir döyüntünü eşitmir.Mark Tven

5 . Tez təslim olmaq bizim ən böyük mənfi cəhədimizdir. Uğura doğru gedən ən düz yol — hər zaman yenidən cəhd etməkdir. Tomas Edison

6 . Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, amma balıq nədənsə qurdlara üstünlük verir. Ona görə də mən balıq tutmağa gedəndə özümün nə sevdiyi haqqında deyil, balığın nə sevdiyi haqqında düşünürəm. Dayl Karnegi

7 . Səhər oyananda özünüzə: «Mən nə etməliyəm?», — sualını verin. Axşam yatanda isə: «Mən nə etdim?» sualını. Pifaqor

8 . «Sabah» sözünü tez-tez istifadə edənlərin əksəriyyəti yazıq, uğursuz, bədbəxt və xəstədirlər. Robert Kiyosaki


9 . Yaşlı insanlar hər zaman cavanlara pula qənaət etməyi məsləhət görürlər. Bu pis məsləhətdir. Pulları özünüzə yatırın. Mən 40 yaşıma çatana qədər bir dollar belə qənaət etməmişdim. Henri Ford

10 . Mən bunu istəyirəm. Deməli, bu olacaq. Henri Ford

11. Mən məğlub olmurdum. Sadəcə olaraq işləməyən 10 000 üsul tapmışdım. Tomas Edison

12. Ağır əmək sizin vaxtında etməyə imkanınızın olduğu, lakin etmədiyiniz asan işlərin toplusudur.Con Maksvell

13. Əvvəl mən deyərdim: “Hər şeyin dəyişəcəyinə inanıram”. Sonra isə hər şeyin dəyişməsinin yeganə yolunun mənim dəyişməyimin olduğunu anladım. Cim Ron

14 . Öyrəndiyim və həyatım boyu riayət etdiyim dərs hər zaman cəhd etməkdən, bir daha cəhd etməkdən və yenə də cəhd etməkdən ibarət idi. Riçard Brenson

15. Bu gün heç kəsin etmək istəmədiyini et və sabah sən hər kəsin arzu etdiyi kimi yaşayacaqsan.


Tarix: 27.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Ümumi Psixologiya