Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

07.04.2015

Əhəmiyyətli hadisələr
1521 – Səyyah Ferdinand Magellan Cibi adasına çatdı.
1712 – Nyu-Yorkda qullar üsyanı başladı.
1795 – Fransada metr vahid uzunluq ölçüsü olaraq qəbul edildi.
1827 – İngilis kimyagər Con Valkerin kəşf etdiyi kibrit İngilətərə bazarlarında satılmağa başladı.
1906 – Cəlil Məmmədquluzadənin rəhbrəlik etdiyi "Molla Nəsrəddin" jurnalının ilk sayı çıxıb.
1906 – Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol şəhəri xarabalığa döndü.
1946 – Suriya müstəqilliyini elan etdi.
1969 – İnternetin simvolik ad günü.
1973 – Yuqoslaviya sosialist respublika elan edildi.
Mozambikdə Qadınlar Günüdür.

Dünyada olan hadisələr
1946 - Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur.

Azərbaycanda olan hadisələr
1992 - Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurmuşdur.
1906 - Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci sayı bu gün Tbilisidə çapdan çıxıb.
1991 - Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. 2 nəfər (o cümlədən rus zabiti) öldürülmüş, 4 nəfər yaralanmışdı.
2001 - Azərbaycan və Ermənistan prezidentlərinin Ki Vest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmadı. Hərçənd danışıqların təşkilatçısı olan Amerika Birləşmiş Ştatları Dövlət Departamenti nisbi irəliləyişin olması barədə bəyanatla çıxış etmişdi. Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyi barədə açıqlama versələr də, bu təşəbbüs də reallaşmadı.

Doğumlar
1939 - Frensis Ford Koppola - rejissor.
1954 - Ceki Çan - amerikalı aktyor.
1992 - Sahib Mədət - Məşhur reklamçı.
1959 - Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv janrında yazan yazıçı.
1964 - Rassell Krou - avstraliyalı aktyor.
1983 - Frank Riberi - fransız futbolçu.

Ölümlər
1947 - Henri Ford - ABŞ-lı avtomobil istehsalçısı və sənayeçi.
2003 - Zülümxan Musayev - texnika elmləri doktoru, professor.


Tarix: 13.04.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 314 Bölmə: Tarixdə bu gün
loading...