GETDİN...
Mən arxandan sadəcə baxdım,amma
deyiləcək o qədər sözüm var idi
ki,sənə."Gedərsən yaxşıya aid nə varsa
içimdə yox edəcəyəm.Gedərsən
sönəcək içimdəki atəş və bir daha heç bir kəs yandıra bilməyəcək.Gedərsən
qaranlığa məhkum edəcəyəm
günlərimi,və o qaranlıda yolumu
itirəcəyəm" deyəcəydim sənə.Deyə
bilmədim.... GETDİN...
Gedişini görməmək üçün gözlərimi
yumdum.Amma yandı içim.Tutub
qollarımı ayırsalardı bədənimdən bu
qədər yanmazdı canım.Acım göz yaşı
olub axmalıydı gözlərimdə.Ağlaya bilmədim. GETDİN...
Getmə deyə tutmaq lazım idi
əllərindən.Əllərim deyilmiydi əllərini hər
tutduğunda ürəyini titrədən?Bilirəm
yenədə titrəyərdi ürəyin.Bir dəfə
toxunsam,bi dəfə tutsam əllərindən,Getmək üçün yığdığın bütün
cəsarətin itəcəkdi.Tuta bilmədim. GETDİN...
Bir dağıntı kimi idi gedişin.Sən addım
addım uzaqlaşarkən məndən.Yıxılıb
qaldı bədənim olduğu yerdə.Bu qədər
zəif insan deyildim mən
qalxmalıydım.Qalxa bilmədim. GETDİN...
Halbuki,gəldiyin gün gedəcəyini
bilirdim.Hazırdım gedişinə,həyatdan
oğurladığımız zamanları yaşayırdıq və o
zamanlar bitəcək sən isə
gedəcəkdin.Və mən sənin gedişindən sonra həyatıma qaldığım yerdən davam
edəcəkdim.Davam edə bilmədim. GETDİN... Bir söz dedinmi gedərkən? "Qal"
deməyimi istədinmi?,Son bir dəfə "səni
sevirəm" dedinmi?,"Bəlkə bir gün
qayıdaram" deyib bir ümid
verdinmi?.Eşidə bilmədim. GETDİN... Hara getdiyin vacib deyildi.Minlərcə
kilometir uzaqda olsan,iki üç metir
yaxınımda olsanda artıq fərqi yox
idi.Artıq mənim deyildin və bu düşüncə
məni öldürürdü.Xilas olmalidim
səndən,sevgindən.Ola bilmədim. GETDİN... Səni unutduğum insanların arasına
qatmalıydım.Xatirələrini bir sandığa
qoyub,həyatın bir ucundan
tutmalıydım.Bu sevgiyə nöqtə
qoymalıydım.Qoya bilmədim. GETDİN... Bilki,səninlə birlikdə sevdanıda
daşıyacağam ürəyimdə.Bilki,səni heç
unutmadım.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi varmı?