Bu yaxınlarda nahar
yeməyində bir filmə
baxırdım,bu film məni sözüm
əsl mənasında çox
düşündürdü və öz-özümə
fikirləşirdim görəsən
həqiqətdə belə
sadiqlik,sadəqətlilik varmı?
Elə bunun haqqında
düşünürdüm ki, filmin
sonunda "Bu film real
əhvalata əsaslanır" deyə
yazısı məni bu əhvalat
haqqında axtarış etməyə
vadar elədi.
Bu əhvalat Uzaq Şərqdə XX
əsrin əvvələrində olmuşdur,
gündoğar ölkə
Yaponiyada..1923-cü ildə
yapon prefekturasında
balaca bir it doğulur.Fermer
çox fikirləşir nəhayət bu iti
professora Xidesaburo
Uenoya bağışlayır.Həmin
şəxs Tokio Universitetinin
müəllimi olur.Professor bu
itə Hatiko (Səkkizinci) adını
verir.Mister Ueno bu itə çox
bağlanır,hər dəfə işə gələndə
Hatiko onu yola salır (Sibuya
stansiyasına) və 3 saatdan
sonra həmin yerə
qayıdır,sahibini gözləyir.
Lakin bir gün professor
universitetdə mühazirə
deyərkən qəfil inkarkt
olur.Həkimlər çox səy
göstərsələrdə onu həyata
qaytara bilmədilər və o evinə
birdə qayıtmadı.Həmin gün
Hatiko sahibini gözləyir,
amma o gəlmir, lakin hər dəfə
o həmin gündə,saatda və
yerdə sahibini gəlməyini
gözləyir.Yerli satıcılar və
dəmiryolu stansiyasında
işləyən adamlar Hatikonu
yemləyir və onun
sədaqətindən heyrətə
gəlirdilər.
Həmin it 1932-ci ildə yerli
qəzetlərin birində "Sədaqətli
it 7 il öncə ölən sahibini
gözləyir" adlı məqalə
məhşurlaşır və həmin vaxtda
Hatikonu bütün Yaponiya
tanımağa başlayır.Və bütün
Yaponiyadan bu itə baxmaq
üçün insanlar Sibuya
stansiyasına gəlir.
Hatiko həmin stansiyaya
düz 9 il gəlir və sahibinin
çıxacağını gözləyir və 1935-
ci ildə ölür.Ölü iti stansiya
yaxınlığında tapırlar.Hatiko
xərçəng xəstəliyindən
öldüyü aşkarlanır.Lakin bir il
əvvəl 1934-cü ildə yaponlar
bu itin şərəfinə ona abidə
qoyurlar,hansı ki, açılışında
özüdə iştirak edir.Onun ölüm
günündə Yaponiyada matəm
günü elan edilmişdi.
İkinci Dünya Müharibəsində
isə metal qıtlığına görə onun
abidəsi sökülür,lakin 1948-ci
ildə müharibədən sonra onlar
abidənin yenidən tikilməsini
yaddan çıxartmadılar.Bu gün
indilərdə Hatiko abidəsi
sədaqətlilik və sonsuz
sevginin təcəssümü olur.
http://www.movie2k.to/Hachiko- ... .html
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi varmı?