Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ağıl Və ürək" Dialoq

A:Cavab ver suallarıma.
Ü:Buyur
A:Demək sən onu sevirsən
Ü:Sevirəm.Sevirəm.Sevirəm
A:Çoxmu sevirsən?
Ü:Hər şeydən çox
A:Onun bundan xəberi varmı?
Ü:Yox
A:Sənin onunla hər hansı yaxınlığın varmı?
Ü:Yox
A:Deməli sən ona yaxından bələd deyilsən
Ü:Yox
A:Yaxşı, bəs onda nəyini sevirsən onun.Xarici görnüşünümü?
Ü:...
A:Susursan çünki qəbul etmək istəmirsən bunu, ama bu belədir.Onu sevdiyini söyləyirsən, ama yaxından tanımırsan, yəni onun müsbət və mənfi xüsusiyyətlərini bilmirsən.Belə çıxır ki sən onu yox, o gözəlliyin timsalinda xəyalinda canlandirdiğin ideal bir qızı sevirsən.Onun yerində başqa gözəl qız da ola bilərdi.Nə isə davam edək.Bu sevgidən nə gözləyirsən?Məqsədin nədir?
Ü:-bu sevginin qarşılığında ondan heç nə gözləmirəm,onun varlığı bəsdir mənə.
A:-Bax bunu isə mən qəbul etmək istəmirəm.Demək bu sevgi deyil,sadəcə gözəlliyə olan vurğunluqdur.Sevgi__sevdiyinə qovuşmaq arzusudur,onunla birlikdə olmaq istəyidir.
Ü:elə bilirsən mən bunu istəmirəm!?
A:Bunun üçün konkret bir addım atmısanmı?
Ü:Yox.
A:Niyə?
Ü:Bu mümkün deyil məndən asılı olmayan səbəblər var.
A:Bəlkə qorxursan?
Ü:Nədən?
A:Bəlkə onu qəbul etməyəcəyindən?
Ü:...
A:Yenə susursan?Nə vaxta kimi davam edəcək axi bu hisslə?
Ü:Nə qədər ki sağam,nə qədər ki ürəyim döyünür sevəcəyəm onu.
A:İnanmıram.Ötəri hisslərdir bu.Gözdən uzaq olan könüldən iraq olar deyirlər.
Ü:Yox mən hər an onu düşünürəm.Onun xəyali daim mənimlədir.
A:Bu bir təsəllidir.İnsan ömrü boyu xəyalla yaşaya bilməz.Sənin bu hisslərinə cavab vrəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gözəl,eyni zamanda səni sevən başa düşən, bir qız qarşıma çıxsa unudacaqsan bu sevgini.O yalnız şirin xatirəyə çevriləcək.
Ü:İnanmiram sənə!
A:Nə qədər ki,tezdir əl çək bu sevdadan.Boş yerə aldatma özünü başqası ilə görsən bil ki onun buna haqqi var.Bundan sonra sən daha da əzan çəkəcəksən
Ü:...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?
loading...