Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əyləncə Axtarışına Cixan Qiz

Virtual aləmdən,xəyal dünyasından uzaq olan bir qız günlərin bir günü boş vaxtını keçirmək üçün müəyyən bir əyləncə axtarışına çıxır.Və əylənmək məqsədilə çata daxil olur.Gün ərzində vaxtının bir qismini çatda keçirərək tətilinə rəng qatmış olur.Təsadüf nəticəsində qızın daxil olduğu çat bir neçə günlüyünə bağlanır.Əyləncəli anlarını başqa çatda keçirən qız bir gənclə tanış olur.Elə ilk dəqiqələrdən dil tapan bu gənclər 2 saatlıq söhbətdən sonra sağollaşarkən oğlan qızdan bir də nə vaxt bu çatda olacağını soruşur.Qız başqa çatda oturduğunu deyir.Lakin nə qədər cəhd göstərsə də çatın adını oğlana çatdıra bilmir.Günlər,aylar keçir.Qız adəti üzrə çatda oturduğu günlərin birində həmin oğlanla qarşılaşır.Oğlan 2 aydan bəri onu axtardığını deyir.Qız həmin anda onu tanıyır,lakin biruzə vermir.Bir müddət söhbət etdikdən sonra onu xatırladığını deyir.Elə ilk söhbətlərində oğlanın sözləri qızın yaddaşına həkk olmuşdu.Çox yaxşı dil tapırdılar,amma qız virtual dünya deyib söhbətin üstündən keçirdi.Bir müddət sonra oğlan qızı sevdiyini söyləyir,təbii ki,qız inanmır.Çünki ünsiyyət qurduqları mühit buna imkan vermirdi. Həm də qızın əli sevgidə yanmışdı.Uzun müddət ünsiyyətdə olan bu gənclər bir- birinə çox bağlanırlar,hətta qız çata yalnız ona görə daxil olur.Günlər,aylar bir-birini izləyir,artıq tətil başa çatır.Abuturiyent olmağa hazırlaşan gənclər virual aləmdən uzaqlaşmalı olular.Dərslər, əlavə hazırlıqlar bunu tələb edirdi.Bir müddət əvvəl oğlan öz nömrəsini qiza vermiş,ən azından gecələr sms yazmağını xahiş etmişdi.Amma qız buna cəsarət etmirdi,nədən və ya kimlərdənsə çəkinirdi.Mövcud olan şərait gəclərin 3-4gün tamamilə uzaqlaşmasına səbəb olur.Qız dözməyib nəhayət oğlana sms yazır.Və onu sevdiyini deyir.Tam
4 ay smsləşib virtual əlaqələrini davam etdirən gənclər YENİ İL ərəfəsində görüşməyi qərara alırlar.Görüş baş tutur.10-15 dəqiqə davam edən görüşdən sonra tərəflər sağollaşıb ayrılırlar.Bu dəfə növbə gənclərin bir-birində oyatdıqları təsuratı söyləməyə çatmışdı.Qız belə qərara gəlir ki,oğlanı bəyənmədiyini etiraf edib oğlanda yaratdığı təsuratı tam dəqiqliyi ilə öyrənsin.Oğlan da öz növbəsində qızı bəyənmədiyini bildirir.Pis vəziyyətdə qalan qız əsl fikirlərini gizlədib ayrılmağı təklif edir.Şərtlər çox ağır idi.Çünki tam 4ay idi ki,onlar bir-birilərinin smsi ilə yatıb səhərləri bir-birinin smsi ilə oyanırdılar.Əlbəttə ki,imkan olduqca telefonla da əlaqə saxlayırdılar.İndi isə ayrilmali idilər.Həmin gecəni qız səhəırə kimi yata bilmədi.Saat 5-ə işləmiş telefonu götürüb oğlana sms yazdi.Düzü umidsiz idi,cavab
gözləmirdi.Amma...Amma sms-ə cavab gəldi.Oğlanın cavablarından görünürdü ki,artıq o həqiqətləri olduğu kimi qəbul etmişdi... 2 gün keçdikdən sonra hadisələrin gedişi ilə razılaşmayan qız əsl duyğularını
olduğu kimi oğlana çatdırır.Heç ümid etmədiyi halda əlaqələrini dava etdirməyi qərara aldılar.2ay keçdi.Bəzi günlər bir-birinə can deyib can eşidər,bəzi hallarda küsülü olar,bəzi hallarda isə oğlan müəyyən dövr üçün uzaqlaşmağı təklif edər,bəzi hallarda isə əlaqələrini dost kimi davam etdirməyi təklif edərək qızı həyatdan küsdürərdi.Yenidən görüşməyi qərara alırlar.Qızın tək bir dərdi var idi.Özünü oğlana bəyəndirmək və öz duyğularına qarşılıq almaq.Bu dəfə gənclərin görüşü NOVRUZ bayrami ərəfəsinə təsadüf edir.İlk baxışdan hər şey normal görünürdü.Amma yenə də hər şeyi korlayan oğlan olur.Qızı bəyənmədiyini deyib əlaqələrini dostdan da yaxın bir məvhum kimi davam etdirmələrini təklif edir.Qız razı olmur.Çünki sevgili kimi gördüyü birinə DOST deyə müraciət edə bilməzdi.Söhbətlərinin sonunda oğlan hər şeyin zarafat olduğunu deyir.Qız üçün gözlənilməz bir hal idi.Heç təsəvvürünə də gətirməzdi ki 1saatdan çox davam edən söhbətləri məhz belə nəticələnə bilər.Amma sevindirici hal idi.Növbəti bir ay yarimi çox sakit,.diqqət,qayğı,qarşılıqlı
sevgi və hörmətlə başa vurdular.Növbəti görüş vaxtı təyin olundu.Bu dəfə digər iki görüşdən fərqli olaraq daha uzun müddət bir yerdə oldular.Amma sanki oğlan nədənsə narazi idi.Qız bütün günahi özündə görür,baş verənləri öz hərəkətləri ilə əlaqələndirirdi.Müəyyən
məqamlarda bu fikir doğru idi.Hardasa qürur,əyilməzlik hissi aralarında münaqişə baş verməsinə səbəb olurdu.Bir- birilərini çox incidirdilər. Qız fikirləşirdi ki,ayrılıq hər şeyi həll edə bilər.Ona görə də ayrılmağı təklif etdi.Oğlan heç etiraz etmədi.Edilən təkliflə razılaşdı.Qız hiss edirdi ki,oğlan ona qarşı soyuyub.Bir daha buna əmin oldu.Qarşılıqlı razılaşıb ayrıldılar.Səhəri gün qız bütün gün məktəbdə özünə gələ bilmədi.Partasıni kənara çəkib iki dərsi durmadan,lal- dinməz ağladı.Sinifdə iki ən yaxın dostu var idi.Hətta onlarla belə danışmaqdan imtina edirdi.Dərsin sonunda qiz dostlarınım birindən xahiş etdi ki,əyər bir gün mənə nə isə olsa mütləq və mütləq ona çatdırarsan ki,onu həyatımdakı hər şeydən çox sevirəm.Söhbəti kənardan eşidən qızın digər dostu onun nə demək istədiyini başa düşdü.Nece lazımdısa danladı.Amma qız fikrindən daşınmadı.Dostu söz verdi ki,sabah ona həyatına son qoya biləcək dərman gətirəcək.Verdiyi sözün üstündə durdu.Dərmanları gətirdi.Qız çəkinmədən dərmanları götürdü.Hətta o bir dəfə də özünə qəsd etməyi gözə almışdı.Bu dəfə də ölümü gözə almışdı.Amma dostları buna imkan vermədi.Qız yalnız bir cümləni təkrar edərək onlardan uzaqlaşdı. ...MƏN ONSUZ YAŞAYA BİLMİRƏM...
Hal-hazırda gənclər bir müddətdi ki ayrıdılar.Hər ikisi öz həyatını yaşayır.Amma necə? Onu isə bir ALLAH bilir


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Sevgi varmı?
loading...