Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadece GOZLERIME BAX !..

Əsl sevgi qarşındakını gözlərinə baxanda gözünün
bəbəklərindən çıxan qığılcım notları yekə hərflərlə
deyir SƏNİ SEVİRƏM....Bunu onun dodaqlarındakı
gizli təbəssüm təsdiqləyir....Yanaqlardakı həfif
qızartı aha elədir elədir düz deyir o səni sevir
deyir...
Qaşların həyəcanla dartılması, kipriklərin
yavaşcana bir-birinə dəyib bu gözəl sözləri
alqışlaması da rəylərə qoşulur....
Aralananda beş addım atdıqdan sonra ürəyin - di
dön baxdaa...
Bax axıı arxanca baxır deməsi...
Beynə gələn siqnal heç hüsablamadan boyuna əmr
eləməsi ki, di dön dönnn...
Boyunun qeyri-ixtiyari geri dönməsi və hələdə
arxada sənə baxdığını görüb yenidən qarşıya
baxması....
Bundan həzz alarcasına ürəkdən gələn kövrəkliyin
birbaşa gözlərə əks olunması təsirlənmiş
dodaqların yenidən dartılıb şıltaq bir təbəssüm
etməsi...Hətta bu təbəssümü özündən
gizlədirmişcəsinə dişlərlə alt dodağı dişləyərək
kamuflyaja salmasıdır...Əllərin həyəcandan
tərləməsidir Əsil sevgi...
Əsil sevgini dilə gətirməyə heç ehtiyac yoxdur....
Əsil sevgini bədən üzvləri onsuzda deyir....
Yoxsa əlli dəfə dəqiqə içərisində denən səni
sevirəm...Səni sevirəm səni sevirəm....
Əgər bu ürəyin duyğu dolu filtirlərindən, beynin
ismi dolu odalarından, sinənin ehtiras dolu
bulaqlarından, dodaqların adını qaçıracaqmış kimi
şirin qorxu dolu divarlarından süzülüb gəlmirsə
buraxxx...
Burax heç deməsin....Belə etirafı eşitməzsəm daha
yaxşı...
Amma məni sevirsə...Əgər o məni sevirsə ehtiyac
yoxdur...
Bağırmasın...Bağırma sevdiyim...Səni sevirəm deyə
bağırma....Gözlərimə bax...
Qoy özüm görüm şahidi olum...Şahidi olum o
kəlimələrin necə süzülüb gəldiyinin....Onda elə
ağzını açıb desə ki, mən səni.... - ŞŞŞŞŞşşş...!!!
Deyərəm..tez barmağımı qoyaram
dodaqlarına...Dillənmə....Danışma...
GÖRÜRƏM!!! GÖRÜRƏM SEVGİLİM! Sən də gözlərimə
bax...! Sən də GÖR!!! Sadəcə GÖZLƏRİMƏ BAX!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi varmı?
loading...