Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hec Kimi Qinamayin

Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub
yerlərini tutdular. Oğlan pəncərə tərəfdə
əyləşmişdi.Qatar tərpənən kimi o, hava axınını hiss
etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən
heyrətlə qışqırdı:
- Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25
yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü
gəlmişdi.
Oğlan qəfildən yenə də
heyranlıqla qışqırdı:
- Ata, gölə bax, heyvanlara bax!
Buludlar bizimlə birgə hərəkət
edir!
Cütlük oğlanın qəribə
hərəkətlərini utanaraq müşahidə
edirdi, atası isə oğlunun
davranışında heç bir qəribəlik
görmürdü.
Yağış yağmağa başladı, damcılar
oğlanın əllərinə düşdü. O, yenə
də sevinclə gözlərini yumub
qışqırdı:
- Ata, yağış yağır! Görürsənmi,
ata?
Bayaqdan oğlanın hərəkətlərini
izləyən cütlük kişidən soruşdu:
- Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?
Kişi cavab verdi:
- Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun
ömründə ilk dəfə gözləri görməyə başlayıb.
Başqa insanların işləri və hərəkətləri haqqında tam
məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi
yalnız ALLAH bilir. Ona görə də - "Qınamayın ki,
qınananlardan olmayasınız!"


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi varmı?
loading...