Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xususi Ders

Müdir, müdirin katibəsi və mühasibçi nahar etmək üçün
restorana gedirlər. Yolda gedərkən təsadüfən gözləri bir
lampaya sataşır. Lampanı ovuşdururlar və həqiqətən də
lampadan cin çıxır. Cin : "Əslində məni lampadan
çıxardanın 3 arzusunu yerinə yetirirəm. Ama siz 3 nəfər
olduğunuzdan hamınızın bir arzusunu reallaşdıracam"
deyir.
Müdirin katibəsi arsızca özünü qabağa verərək "əvvəl
mən" deyərək sıranın önünə keçir. "Baham adalarında,
möhtəşəm bir sahildə istirahət etmək istəyirəm. Tətilim
heç vaxt bitməsin və həyatımda heç vaxt problem
olmasın "deyə arzusunu deyir. Və o an arzusu reallaşır -
katibə yoxa çıxır. Sonra mühasib özünü verir qabağa və
"indi növbə mənimdi" deyir. "Xəyalımdaki qadınla
Haitidə dəniz sahilində gəzmək istəyirəm" deyir. Elə o an
mühasib də yoxa çıxır.
"İndi növbə sənindi " deyir cin müdirə.
"Bu iki axmağı günortadan sonra işlərinin başında
görmək istəyirəm" deyir müdir.
Hekayədən çıxarılmalı dərs:
Sizdən vəzifəcə üstün olan birinin hər zaman əvvəl
danışmasına icazə verin...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...