Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Heyat Hekayesi

Bu şəhərdə çox qala bilməyəcəkdi. Artıq hər şey onu
sıxmağa başlamışdı. Olan-qalan nəyi var idisə götürüb
bu şəhərdən getmək qərarına gəldi və əvvəllər
tanımadığı bir ölkəyə üz tutdu. Bu ölkəyə hələ təzə
alışmağa başlamışdı ki, bir gün meydanda bir səs eşitdi.
Bir adam var gücü ilə:
"Teatr! Teatr! Teatra gəlin! Bu axşam teatra gəlin!" - deyə
bağırırdı. Ömründə teatra getməmişdi. Odur ki, maraq
onu götürdü. Əvvəlcə biletin satıldığı yeri öyrəndi.
Cibindəki pul biletə ancaq çatırdı. Buna baxmayaraq,
heç tərəddüd etmədən bütün pullarını verib bilet aldı.
Tamaşa vaxtı gəlib çatdı. Bu doğurdan da onun üçün
qeyri-adi bir şey idi. Artıq tamaşa qurtarmış, hamı
dağılmışdı. Ancaq o, hələ də yerindən tərpənə bilmirdi.
Sanki sehrlənmişdi. Birazdan teatrın nəzarətçisi gəldi.
Başa düşdü ki, artıq getmək vaxtıdır. Elə qapıdan
çıxmaq istəyirdi ki, nəzarətçidən:
- Mənə müdürün otağının yerini deyə bilərsinizmi?
Onunla bir şey barədə danışmalıyam - deyə soruşdu.
Nəzarətçi yeri göstərdi. Necə olursa olsun bu teatrda
işləmək istəyirdi. Müdür onu diqqətlə dinlədi. Sonra:
- Sənə ancaq təmizlik işini təklif edə bilərəm. Ancaq işə
götürməmişdən öncə səni yoxlamalıyam. Bizim toz
basmış bir kitabxanamız var. Onu təmizlə. Əgər xoşuma
gəlsə səni işə götürəcəm - dedi və getdi.
Teatr sanki onu ovsunlamışdı. Elə bu həvəslə də qısa bir
vaxtda işini görüb qurtardı. Müdür əvvəcə onun
sözlərinə inanmadı. Ancaq otağı görəndə artıq bir söz
tapmadı və dedi:
- Artıq özünü bu teatrın işçisi saya bilərsən.
- Axı mənim qalmağa yerim yoxdur - deyə o dilləndi.
- Onda elə burada qalarsan. Səhər tezdən işə
başlayarsan. Müdür bu sözləri deyib qapıya üz tutdu.
Çıxmaq istəyərkən geriyə dönüb:
- Hə, yeri gəlmişkən, sənin adın nədir? - deyə soruşdu.
Aldığı cavab isə " Vilyam Şekspir " idi...
Bəli, Şekspir teatr həyatına bu cür başladı. Onda
Şekspirin düz 40 yaşı var idi. Teatrı da elə həyatının bu
çağlarında tanıdı və o məşhur əsərlərini də elə bu illərdə
yazdı. Öz sənəti üçün bütün ömrü boyu günün ancaq 3
saatını yatdı, səhərlər tamaşalarda oynayır, axşamlar isə
yeni tamaşalar yazırdı. Odur ki, başlamaq üçün heç
vaxt gec deyil...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi varmı?
loading...