Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşünülmədən Edilmiş Mühakimə

Uzaqda bir kənddə, həyat yoldaşı uşağı doğulmadan ölmüş, tək başına yaşayan hamilə bir qadın vardı. Qadın, özünə yoldaş olması üçün dağda yaralı olaraq tapdığı bir gəlinciyi evində bəsləməyə başlayırşşGəlincik qadının yanından bir an belə ayrılmazdı. Hər nə qədər evcil bir heyvan olmasa da, olduqca itaətliləşmişdi.

Bir neçə ay sonra qadının uşağı doğuldu. Tək başına bütün çətinliklərə dözmək və balasına baxmaq olduqca çətin idi. Günlər keçdi. Qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə qoymaq məcburiyyətində qaldı. Gəlinciklə körpə evdə tək qalmışdılar.


Aradan bir az zaman keçdi və ana evə gəldi. Gəlinciyi və qanlı ağızını gördü. Ana dəli olmuşcasına gəlinciyə hücum etdi və orada öldürdü heyvanı. Həmin an içəridəki otaqdan bir körpə səsi eşidildi. Ana otağa yönəldi və otaqda beşiyi, beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış ilanı gördü.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 16 Bölmə: Sevgi varmı?
loading...