Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gul Nagili...

Bir zamanlar uzaq diyarlarda kiçik bir qəsəbədə dürüst və çalışqan bir gənc yaşayarmış. Bütün gün ustasından öyrəndiyi kimi dəmir döyər qəsəbənin bütün ehtiyaclarını aradan qaldırarmış. Sutean adındakı bu gənc adam hər kəs tərəfindən sevilən sayılan biriymiş.

Bir gün dükanına köhnə bir qazanı təmir etdirmək istəyən xidmətçisi ilə birlikdə Rosa adında çox çox gözəl bir qız gəlmiş.. Sutean görər görməz bu qıza aşiq olmuş, amma qız ona çox üz verməmiş. Qazanı buraxıb dükandan çıxmış. Gözəl qızın ayrılması ilə birlikdə sanki dükandakı atəş sönmüş; dəmirçi Suteanın ürəyini buz kimi bir şey örtmüş. Gözəl qızın ürəyini qazana bilmək üçün bir çarə axtarışa başlamış. Ocağının başına oturmuş düşünərkən bir parça dəmir götürmüş və onu şəkilləndirməyə başlamış. Çalışdıqca çalışmış və ortaya çıxan şey indiyə qədər etdiyi heç bir şeyə bənzəməmiş. Heç bir bənzəri görülməmiş bir çiçək düzəltmiş dəmirdən... İncəcik yarpaqları bir-biri ətrafında bağlanan dünyanın ən gözəl çiçəyini... Səhər qazanı götürməyə yalnız xidmətçi qız gəlmiş. Dəmirçi Sutean kədərlənsə də gözəl qızı görə bilmədiyi üçün bütün ümidini çiçəyinə yükləmiş və eşqinin elçisi olaraq göndərmiş xidmətçiylə. ..güzel qız çiçəyi görüncə ovsunlanmış, ürəyi yumşalmış və Suteanın eşqinə cavab vermiş... Sutean gözəllər gözəli qız ilə evlənmək üçün qızın atasından icazə almaq üçün yaşadıqları qalaya getmiş.

Gözəl qızın atası bir cadugərmiş, və qızının adi bir adama, bir dəmirçiyə aşiq olmasına çox hirslənmiş. Bu əlaqəyə dərhal bir son verməyə and içmiş. Dərhal orada Suteanı öldürəcək bir lənətləməyə başlamış ki, qızı dizlərinə bağlanıb onu mane olmuş..bunun üzərinə cadugər hiyləgərliyə müraciət etmiş; Sutean əgər səhərə qədər qalanın ətrafını dəmir bir çit ilə çevirsə qızı ilə evlənməsinə icazə verəcək əgər bacara bilməzsə günəş doğularkən Sutean daşa dönəcəkmiş. Əgər qorxursa bir daha dönməmək üzrə qalanı tərk edə biləcəyini söyləmiş dəmirçiyə.. Dəmirçi qorxub da sevdiyini tərk edə biləcək biri deyilmiş. Dərhal işə başlamış, istirahət etmədən çubuqlar, tellər hazırlayıb onları düzürmüş. Səhərə qarşı cadugər dəmirçinin çiti yetişdirəcəyini anlamış, və onu maneə törətmək üçün ağılına bir hiyləgərlik daha gəlmiş... Qızının qılığına bürünmüş və mahnı oxumağa başlamış. Mahnı elə dərin elə gözəlmiş ki dəmirçi cəkicini buraxıb dinləməyə başlamış. ..Büyücü günəş doğana qədər söyləmiş.

Günəş işıqları pəncərəsinə vurduğunda gözəl qız oyanmış, dərhal pəncərəyə qaçmış; çitin yarısı dayanırmış... dəmirçini xəbərdar edib günəş işığından qaçırmaq istəmiş, amma gecikmiş.. Gün işığı üzərinə dəyər dəyməz gənc adam daşa çevrilmiş. ..büyücü haradadırsa xoşbəxtlikdən uçmaq üzrəymiş. Atasının oynadığı oyunu görən qız çox kədərlənmiş, və əlində dəmirçinin hədiyyəsi olan dəmir çiçək ilə daşa çevrilmiş olan sevgilisinin yanına qaçmış. Ağlamış, ağlamış, ağlamış... göz yaşları daşı əridə bilməmiş, amma dəmirdən çiçəyi canlandırmış. Gözyaşları ilə bəslənən çiçək böyümüş, səpilmiş, bütün qalanın ətrafını çevrelenmiş. Dəmirçinin tamamlayamadığı çiti çiçəyi tamamlamış. Bu gözəl çiçəyi görüb bəyənənlər götürüb başqa yerlərə də əkmişlər və beləcə bütün dünyaya yayılmış. Gözəllər gözəli Rosanın (Gül) xatirəsinə


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi varmı?
loading...