Mən də hamı kimi sevdim. Amma bir neçə dəfə yox. Sadəcə bir dəfə...Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi ,ilk əl-ələ tutuşumuz,ilk utancaq öpüş, dəqiqələrlə uzun uzadı bir-birimizin gözlərində öz əksimizi görmək...
Bir gün "mən evlənirəm"- dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəm deyə. Yalvardım Rəbbimə al bu hissləri içimdən deyə.... Həyat davam edir dedim.Ürəyimdə sən, beynimdə sən ,yuxularımda sən yaşadım. Heç vaxt məni tək qoymadın. Tanışımın hüzrü düşdü getdim başsağlığına. İçəri keçdim divarda sənin rəsmin. Qanım dondu, kəssələr qan axmazdı.Ümid etdim nə vaxtsa səni görəcəyimə.Amma belə qarşıma çixacağını düşünmədim. Gözümdən bir damla da yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı : "Axı niyə yalan dedin ,niyə xətəliyini demədin, niyə evlənirəm dedin?
"Zaman hər bir dərdin çarəsidi "-deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27il... Heç evlənmədim, səndən başqasını sevmədim. Haqqimda danışılanda "tənha qadın "-deyirlər. Mən tənha deyiləm sən varsan... Hər gün məzarına gəlirəm. Sən mənə gələ bilmirsən mən sənə gəlirəm. Artıq yaş da ötür gələcəm yanına həmişəlik. Ən maraqlısı odu ki , səni düşünəndə səni ən son gördüyüm geyimdə yaşda düşünürəm. Sanki yaşasan heç yaşlaşmayaqcaqsan eyni qalacaqsan...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?