Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Muveffeqiyyet Zenginlik

Sevgi-Müvəffəqiyyət-Zənginlik

Bir qadın, evindən çölə çıxar və uzun ağ saqqallı 3 dənə yaşlı adamın evinin qarşısında oturduqlarını görər. Onları tanımaz.
- "Mən sizi tanımıram amma aç olmalısınız" deyər.
- "Xais edirem içəriyə gəlin və bir şey yeyin."
- "Evin kişisi içəridəmi?" deyə soruşarlar adamlar.
- "Xeyr" deyər qadın. "O çöldə.
- "Elə isə içəri gələ bilmərik" deyə cavab verərlər.
Axşam olub qadının əri evə gəldiyində, qadın başından keçənləri ərinə izah edər.
- "Get onlara söylə mən evdəyəm içəri gələ bilərlər" deyər.
Qadın çölə çıxar və onları içəri dəvət edər.
- "Hamımız eyni anda içəri girmərik." deyər yaşlı adamlar.
Qadın öyrənmək istər;
- "Niyə girə bilməzsiniz?"
Yaşlı adamlardan bir dənəsi açıqlayar:
- "Onun adı ZƏNGİN" deyər bir yoldaşını göstərər, və bir başqasını işarə edər " O MÜVƏFFƏQİYYƏT, mən isə SEVGİ." Sonra əlavələr;
- "İndi, içəri gir və ərinlə danış hansımızı evinizdə istəyərsiniz"
Qadın içəri girib deyilənləri ərinə izah edər. Adam eşidincə sevinər.
- "Nə gözəl!!" deyər, "Madam elə, Zəngini içəri çağıraq və evimizi zənginliklə doldursun."
Arvadı etiraz edər; - "Canım, nə üçün Müvəffəqiyyəti çağırmırıq?"
Bu arada danışdıqlarını evin digər küncündə olan gəlinləri eşidər. Tez geler və öz fikirini söyləyər:
- "Sevgini çağırsaq daha yaxşı olmazmı? Evimiz sevgiylə dollar!"
- "Gəlinimizin təklifini diqqətə alaq" deyər adam arvadına.
- "Çölə çıx və Sevgini bizim qonağımız olması üçün dəvət et."
Qadın çölə çıxar və 3 yaşlı adama soruşar;
- "Hansınız Sevgi?Xais edirem içəri gəl və qonağımız ol"
Sevgi ayağa qalxar və evə doğru getməyə başlar. Digər iki yaşlı adamda onu izləyərlər. Qadın çaşmış bir şəkildə Zəngin və Müvəffəqiyyətə soruşar;
- "Mən yalnız Sevgini dəvət etdim, siz niyə gəlirsiniz?"
Zəngin və Müvəffəqiyyət bir ağızdan cavab verərlər;
- "Əgər Zənginliyi ya da Müvəffəqiyyəti dəvət etmiş olsaydın digər ikisi çöldə qalardı, amma sən Sevgini dəvət etdin, O hara gedərsə bizdə onunlayiq. Harada Sevgi var isə, orada Müvəffəqiyyət və Zənginlik də vardır…!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi varmı?
loading...