Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yagiwla

Ürəyim incələr yağış yağanda,
Yadıma doğmalar,əzizlər gələr.
Nədənsə gecələr yağış yağanda,
Yuxuma dəryalar,dənizlər gələr.
Gecə yağış yağar-min səs,min səda,
Tikanlı nəğmələr dinləyər gecə,
İynələr sancılan,iynələr batan,
Zənci bədənitək inləyər gecə.
Gecə yağış yağar-qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar-gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.
Səma sahibkarı kövrələr yenə,
Açar sandıqları,dəfinələri,
Gecə yağış yağar-yağar şerimə,
Yuyar hecaları,qafiyələri.
Gözlərim yorulub yorğun Ay kimi,
Söndürüb işığı yatacağam mən.
İndi otağımı kəlağay kimi,
Gecənin çiyninə atacağam mən.
İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi varmı?
loading...