Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son Sözün Nə Olursa Olsun, O Daima Əlvida Mənasını

Bəzən elə bir an yetişir ki, istəsəndə istəməsəndə sevdiyinə əlvida deməli olursan. Bir tək qılına belə zərər gəlməsini istəmədiyin, bir göz yaşına dünyaları yıxdığın o sevgiliyə vida etmək məcburiyyətində qalarsan. Səbəblər çoxdur..amma o an bir əhəmiyyət daşımaz.
Məcburiyyət qarşısında olduğun üçünbunu etmeliyem deyərsən və edərsən. İçin parçalanar,bütün bağlarını qopararsan həyatdan.. Amma o hər,daim içində yaşayar.. sən icazə verdiyin müddətcə..
Bəzən ona elvida deyərkən son dəfə sənə toxunmasını istəyərsən...
Boğazında düyümlensədə bir çox şey əsla oradan irəliyə gedə bilməzsən..
Əlvida deyərkən gözlərinə baxarsan uzun uzun. Əslində çox şey deyə bilərsən o an.
Amma heç bir zaman duymayacağı şəkildə, içindən qışqıraraq getmə deyərsən.
Sevdiyindən ayrılmanın ağrısını daddığında damarlarında hər bir hüceyrənin bunu etmə deyə yalvardığını eşidərsən...axı sən onsuz necə yaşayarsan??
Sevdiyinə son sözünü söyleyə bildinsə, onu nə qədər sevdiyini özündən soruşmağı unutma!!
Çünki həqiqətən sevən insanlar son sözü əsla söyləyə bilməzlər istəsələr belə.
Bir baxışdır onlar üçün əlvida. Kimisinə gözdən düşən bir- iki damladır. Kimisinə görə dünyanın sonudur...
Amma bu ssenaridə gedən ancaq bədənlər olar... Sən nə edirsən et, hansı sözü söyləyirsən söylə, istədiyin qədər elvida dememəyə çalış.. amma son söz hər zaman elveda mənasını daşır..

Kaş ki, o an insanın nələri hiss etdiyinin tərifi yazıla bilinsəydi.. Ya da o an gördüyü yuxuların şəkilləri çəkilə bilinsəydi..
Dinlədiyin musiqilərdə notların ürəyinə hər toxunduğunda buraxdığı xəttləri görə bilsələrdi deyərsən içindən. Bu həyat yalnız yaşanar, yalnız doğular insan və ölər. Kaş hər şey bu qədər asan olsaydı amma deyil...
Nə düşündüyünü, nə hiss etdiyini, nə gördüyünü, xəyallarında nələr qurduğunu görə bilmədikləri tek,yalnız dünyanda taparsan özünü..Tənha...
Heç kim bilməz yaşadıqlarını , arzulaydıqlarını. İçindəki odünyan sənə xüsusi bir otaq kimidir..
Yalnız səndədir o otağın açarı..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?
loading...