Sən deyilmiydin ?
 Səni sevirəm, deyib həyatıma girən.
 Sən deyilmiydin ?
 ... ... Sevginə inandırıb,sonra yarı yolda burxan
 Sən deyilmiydin ?
 Səni Sevirəm dediyimdə , ayrılmaq istiyirəm,deyən.
 Sən deyilmiydin ?
 Dostuma görə məni unudan.
 Hmmm , cavab ver indi.
 Niyə qayıtdın ki ?!
 Kimnən aldın bu cəsarəti ?!
 Sənə getmək istədiyində “get” demədimmi ?
 Mənnən üstün tutduğun insan , səni mən kimi sevmədi yoxsa ?!
 Mənim kimi tuta bilmədi əlini ?
 Mənim kimi baxmadı yoxsa gözlərinə ?
 Peşman olacağını demişdim gedəndə
 Gözlərimə elə baxmışdın ki ,
 Sənlik deil, deyər kimi yadındadı ?
 Niyə qayıtdın ki ?
 Susma , danış.
 Əvvəlki kimi olaq deyirsən elə ?!
 Güzgüyə bax bir , əvvəl beləmiydin ?
 Baxışın , mimikan , duruşun belə dəyişib.
 Hardadı o , qürurla duran sən ?
 Hanı ?
 İndi qarşımda , həyatınnan bezmiş bir insan var deyəsən..
 Noldu sənə , noldu axı?
 Elə bil ürəyini satıblar , yaşarkən öldürüblər elə bil
 Səni də mi incitdilər ?
 Səni də mi yaşarkən məhv elədilər , məni, mənliyimi öldürdüyün kimi..
 Bəli , yaxşı baxmıyıb “satqın dostun” sənə!
 Dəyərdi mi , məni dəyişdiyin insan , mənə ?
 Kim dedi ki sənə gəl ?
 Kim dedi ki qayıt ?
 Sən getdin..Günlər keçdi..həftələr,aylar,illər keçdi
 Ama adın hələdə ürəyimdədi..
 O günnən soram ara bir dayandı..
 Anladım ki insan zamanla , unutmaz sadəcə alışarmış..
 Yoxluğun sarıldı bədənimə , ruhuma..
 Səni istəməyən !
 Adını belə anmayan !
 Sənnən ötrü darıxmayan , biri olmuşam artıq !
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?