OXUYUN ! AXIRDA SƏMİMİ OLUB DEYİN ! AĞLADINIZMI !!
Ana sən niyə buradasan.
Atam ağlayaraq
Ananın yeni evi artıq burasıdır dedi.
Sənin evinin şüşələri niyə yoxdur,qapısı niyə yoxdur.
Sən bu evə necə girdin ana.
Küçələrin çox dar
Yol üstündə sənin evin kimi bir sürü ev var.
Sənə ehtiyacım var.
Heç qorxmazdım sən varkən.
Yatarkən belə hiss edərdim başımda kölgəni.
Ürəyinin laylası gözlərəmin içində idi.
Əllərinin şəvqətiylə toxunarkən bədənimə.
Yatarkən belə anlardım yanımda olduğunu.
Gecələri qorxuram ana.
Anam niyə gəlmir deyə soruşuram.
ANAN YENİ BİR EVƏ KÖÇDÜ deyir atam.
Köçmək nə deməkdir ana.
Əvvəlki kimi sevmir məni atam
Köçdüyü evdən anamı gətir deyirəm.
Anam nəfəs ala bilməz orada
Anam darıxar orda deyirəm.
Həm anam getdiyi gündən sən məni sevmirsən
Nə olar ata, anamı geri gətir deyirəm.
Atam yenə ağlayır.
Və qucaqlaşıb yatırıq.
Mən bu il məktəbə başladım.
Keçən gün müəllimim
Hər kəs istədiyi bir rəsm çəksin dedi.
Mən sənin evini çəkdim ana.
Qonşularının evinidə çəkdim.
Yol boyu düzülən ağacları da
Heç cür oxuyub başa düşmədiyim
O ağ daşlarıda.
Hətta evinin üstündəki gülləri də.
Müəllimim əlinə aldı baxdı...baxdı.....
Nədənsə gözləri doldu
Yanağıma sığal çəkdi.
Sonra məni qucaqlıyıb ağlamağa başladı.
Müəllimim də ağlayır ana.
Bax! o belə bəyənmədi sənin yeni evini.
Bəyənsəydi nə gözəl çəkmisən deyərdi.
Afərin deyərdi, ulduzlu imza atardı
Bəlkə də divara asardı.
Yalnız mənə, YAZIQ YETİM BALAM dedi.
Yazıq nə demək,yetim nə demək ana.
Səhərlər dostlarımı anaları gətirir məktəbə.
Sinif yoldaşımın anasına
Xala sən də köçəcəksənmi yeni evinə? dedim.
XEYR dedi,bizim evimiz var.
Bizim evimiz də var ama anam köçdü dedim
Getdiyindən bəri bəlkə məndən ötrü darıxıb
Dönərsən deyə gözləyirəm.
Nə olar xala, heç olmasa sən köçmə dedim.
Hıçqıra hıçqıra
Ağlamağa başladı dostumun anası.
Hər kəs ağlayır ana,hər kəs ağlayır.
Heç kim sənin yeni evini bəyənmir.
Darıxmırsanmı? sevmirsənmi məni?
Nə olar çıx o evdən ana,səni gözləyirəm
Sənə ehtiyacım var,nə olar gəl
Hərdən bir məktəbə sən apar,südümü sən içirt.
O isə hər gece bir qurtum daha körpəm
Bir qurtum daha, az qaldı bitir dediyin
O mənim heç sevmədiyim südü sən içirt.
Səni heç üzməyəcəyəm ana.
Keçən gecə atam
NİYƏ ÖLDÜN! deyərək sənə qışqırırdı.
ÖLMƏK NƏ DEMƏK ANA ....
Sən öldünmü!
Eynilə akvariumdan çıxardığımız balıq kimi
Bir daha nəfəs almayacaq,gülməyəcəksənmi.
Nə olar çıx o evdən ana, darıxıram
Sənə ehtiyacım var nə olar geri dön.
Dönməyəcəksənsə məni də yanına al ana.
Əgər bir gün mən də köçsəm sənin kimi
Söz verirəm
Körpəmi də yanımda aparacağam ana.
Nə olar geri dön ana,sənə ehtiyacım var..
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 145 Bölmə: Sevgi varmı?