Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etrafinda Seni Bawa Duwen Heckimin Olmamasi Umidsi

Etrafinda seni basa dusen olmamagi her seyden umidini kesmeye getirir

Çox böyük bir ağacın yüksək budaqlarının birində, yarpaqların arasında bir zeytun dənəsi varmış. Minicik, qapqara bir zeytun dənəsi. Bu zeytun o qədər gözəlmiş ki, ətrafını qucaqlayan yarpaqlar onu seyr etməyə doya bilməzlərmiş. Bir külək əssə üşüməsin deyə dərhal ətrafını saral, onu rahat etdirə bilmək üçün əllərindən gələni edərlərmiş. İsti yaz günlərində isə, zeytun dənəsi yenə onu çox sevən yarpaqların kölgəsinə sığınarmış. Susadığı zaman, ətrafındakı yarpaqlar yağışlardan yığdıqları damlacıqları öz əlləriylə ona
İçirərlərmiş.

Aylar, illər belə keçmiş. Digər ağaclar həmişə onu daşıyan ağacı qısqanmış dayanmış. O kiçik zeytunun bədbəxtliyini görmədən.

Zeytunun təkliyini, hər şeyini paylaşdığı yarpaqlar belə anlamamış. Onlar, istəyə biləcəyi hər şeyi özünə verdiklərini düşünürlərmiş. Zeytun isə yarpaqlardan gizlənib saatlarla ağlayırmış həmişə. Gecələri səmaya baxıb ulduzların bir-birinə göz qırpmalarını seyr edirmiş. Və onlardan biri olmağı xəyal edirmiş. Səhər olduğunda isə, başını səmadan endirib, yarpaqların arasında ulduzlar qədər gözəl bir zeytun görə bilərəmmi deyə axtarılıb dayanırmış.

İllər keçmiş. Amma tək bir zeytun dənəsi bele görə bilməmiş. Və bir səhər, artıq axtarmaqdan imtina etmiş. Özünü tutan o incəcik sapını buraxmış. Yerə düşdüyündə son bir dəfə səmaya baxmış və sonra yenə son dəfə gözlərini yummuş...Yalniz sevgi olmadiqda ne qeder elave sevgi olursa olsun bezen insani bele heyata umudsiz edir................


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?
loading...