Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU SEVDANIN OMRU GUNU BITMESIN...

Cox çətinliklə başladı tanışlığımız daha doğrusu dalaşaraq tanış olduq. Halbuki tanışlıq məqsədilə danışmamışdıq. Gün keçdikcə bu dalaşmağımız bizim tanışlığımız üçün bir başlanğıc oldu. Bir-birimizi tanımağa çalışdıq. İlk əvvəllər səni tanıya bilmirdim daha doğrusu səni hər kəs kimi, bütün qızlar kimi bilirdim amma aradan zaman keçdikcə fikrimdə yanıldığımı hiss etdim. Sənin, bütün qızlar kimi olmadığının şahidi olurdum günbəgün və bu da məndə sənə qarşı istəyimi, sevgimi daha da atırırdı.

Çox dalaşıb barışırdıq. Bu dalaşıb-barışmaqlar sanki münasibətin daha da möhkəmlənməsinə kömək edirdi. Deyir: çəkişməsən bərkiməzsən. Bəli bizdə bu cür olmuşduq. Hər dalaşıb-barışdıqdan sonra daha da mehribanlaşırdıq, daha da çox istiyirdik bir-birimizi. Artıq bağlanmışdım sənə özümdə bilmədən. Bağlanmaq sevməkdən betərdi deyirlər. Bəli mən artıq səni sevdim və səni sevdiyimi sənə necə deyəcəyimi düşünürdüm artıq. Sənlə günbəgün danışdıqca bu istəyimi sənə çatdırmağa da çalışırdım hər sözümdə, hər kəlməmdə. Hətta bir dəfə söz arası bildirməyə çalışdım sənsə sadəcə gülüb keçdin. Bəlkədə ciddiyə almamışdın fikrimi. Çünki mənə hər zaman sadəcə mehriban oldun, sadəcə çox istədin başka heçnə. İkinci dəfə yenə bildirdim istəyimi yenədə tam olaraq heçnə deməmişdin. Amma yenə də geri çəkilmədim. Yenə də sənin sevgini qazana bilmək ümidimi itirmədim.



Çünki fikrimdə qərarlıydım. İstəyimi sənə isbat etməliydim. Çünki səni itirmək mənim üçün çox şeyi itirmək demək idi. Sən mənə çox şeyi öyrətdin. Çox dəyişdin sən məni. Səndən sonra həyata doğru-düzgün baxmağı öyrəndim mən. İnsanları tanımağı öyrəndim mən. Sənə görə çox şeydən imtina etdim. Demək olarki sərbəstliyimin çox hissəsindən imtina etdim. Çünki həyatımda kimsəyə bu qədər bağlanmadım. Artıq məndə SƏN olmaq istiyirəm.

Düzdü çox qızlar tanıdım, çox qızlarla danışdım. Hamısı da sanki nəyinsə qarşılığında danışdılar. Amma sən tam fərqli biri oldun. Sən heç bir qarşılıq gözləmədən, heç bir təmanna güdmədən tanıdın məni. Bax budur məni sənə bağlayan, budur səni mənim gözümdə fərqli edən. Saflığın, paklığın hər şeyə dəyər mənim üçün. Ürəyində paxıllıq, pislik olmuyan birisən SƏN. Körpə usaq beyni kimi tərtəmiz. Budur səni itirmək istəməməyimin səbəbi.
Həmişə sevgidən söz düşəndə mənə gülünc gəlirdi.”Nə? Sevgi? O nə olan şeydir” deyib gülərdim. Hər zaman həyatda nə istəsəm əldə edə bilərəm,əldə etməyəcəyim şey yoxdu deyə düşünürdüm. Amma səndən sonra sevgini heç bir şeylə əldə etməyin mümkün olmadığını bildim. İndi vaxtilə mənə gülünc gələn o hissə elə qapılmışamki. Və gecdə olsa hisslərimi sənə isbat etməyi bacardım. Sonunda sənin sevgini qazana bildim. İndi ancaq və ancaq düşündüyüm tək şey
BU SEVDAMIN ÖMRÜ GÜNÜ HEÇ BİTMƏSİN.



Apar məni o günlərə,o aya
Göz baxmaqdan,üz yanmaqdan doymuya
Əllərimə əlin yaxın qoymuya
Nəfəsimdə nəfəsinə yetməsin.
Bu sevdamın ömrü günü bitməsin...

Apar məni o yerlərə gəzək bir
Anan səni şişə çəksin dözək bir
Bəhanə tap inciyək bir, küsək bir
Durub gedim ayaqlarım getməsin
Bu sevdamın ömrü günü bitməsin...

Apar məni o günümə baxım mən
Qızılları yandırım mən,yaxım mən
Öz eşqimi barmağına taxım mən
Bir üzüyə yenə gücüm yetməsin
Bu sevdamın ömrü günü bitməsin...

Daş-qaş nədir? Sən qüdrətdən süstlüsən
Göydən enməz mələklərin mislisən
Bu dünyada bir od mənəm, bir od sən
Alov varmı mənə qiptə etməsin?
Bu sevdamın ömrü günü bitməsin...

Xəyalımdan özgə xəyal ötməsin
Bu sevdamın ömrü günü bitməsin...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Sevgi varmı?
loading...