Baxdım
Geriyə dönüb baxdığımda itkin bir şəhərin itkin bir xülyası oldum… xülyalarımın bozluğunda özümə baxdım..
sisli və yağışlı bir havada küçəyə baxar kimi baxdım…
Gizləndim
Bütün sözlərimi yanıma alıb gizləndim.. cümlələrimin məni tərk etməsinə icazə verdim…
kilidli bir qapının ardında hər kəsdən və hər şeydən gizləndim…
İslandım
Yağan yağışlar altında çətirsiz saatlarla gəzdim… islandım…
yağışla birlikdə yağdım ovuclarına… yağışla islandım…
Susdum
Bütün şeirləri mahnı sözləri sözsüz bəstəsiz buraxdım…
cümlələrimi mənasız sözlərimi çıplağ ,tənha buraxdım… susdum…
Döndüm
Buz tutmuş xülyalarım yaban qalmış təbəssümlərimlə… əskik qalan günlərimlə yaşanmamış
sabahlarıma döndüm…Qaçarkən baxdığımda gizlənən mənliyimin yağışda ıslanışını
susmaların ardından gördüm… və dünənimə bu günümə sabahıma döndüm ..
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi mesajları