~Birini incitmək istəyən insan vicdanını susduracaq səbəb tapar, sonra isə vicdan onu susdurar.~
~Bütün qadınlar mələkdir, əslində. Sadəcə qanadları qırılanda süpürgələrinə minirlər. Bu qədər.~
~İçiniz köz kimi yanarkən susmaq əziyyətlərin ən böyüyüdür.~
~Bir insanın digər üzünü gördükdən sonra, ilkini xatırlamaram!~
~Incitdikdən sonra istədiyin üzür, doyduqdan sonra süfrəyə gələn duz kimidir. Ehtiyac qalmaz.~
~Əgər bir qadın ürəkdən ağlayırsa, deməli, ağladan onun qəlbinə çatmağı bacarıb.~
~Bəzən insan 'getmə' deyəcək qədər güclü olmalıdır. Çünki, heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil.~
~Çəkdiyin əziyyətlər qədər yetkinləşirsən deyirlər, yetkinləşə-yetkinləşə çürüdüyümüzü bilmirlər!~
~İnsanın dəyərini varlığı deyil, yoxluğu göstərir. Yoxluğu heç nəyi dəyiştirməyənin varlığına da ehtiyac yoxdur.~
~Həyatda ən böyük zövq 'bacarmazsan' dediklərini etməkdir.~
~Bir qadının xəyallarını əlindən almaq bir aslanın yanından balasını almaq qədər təhlükəlidir.~
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi mesajları