Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalniz Olanlara...

Yalnız olanlara
Sevgi kəpənək kimidi, onun ardına qaçarsan o səndən uzaqlaşar... Ən yaxşısı burax uçsun, inan ki heç gözləmədiyin bir anda gəlib çiyninə toxunacaq ... Sevgi xəşbəxt edər, bəzən də hüzün verər. Amma sevgi özəldir, sənin sevginə layiq olan birinə verərsən əgər ...

Sevgilisi olanlara
Sevginin məqsədi onun üçün "mükəmməl insan" olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır

Qəlb oğrularına
Sevmədiyin birinə əsla "səni sevirəm" demə …Qəlbində olmayan duyğulardan varmış kimi söz etmə. Kimsənin həyatına qəlbini qırmaq üçün girmə. Sevgi dolu baxan gözlərə əsla yalan söyləmə, çünki birinə verəbiləcəyin ən böyük acı aşiq olmadığın birini özünə aşiq etməkdir ...
Sevən insan "sənin səhvin" yerinə "üzr istəyirəm" deyəndir... "Hardasan" yerinə "mən burdayam" deyəndir ... "bunu necə etdin?!" yerinə "niyə etdiyini başa düşürəm" deyəndir ...və sevgi "kaş ki" yerinə daima "yaxşı ki" deyəndir ...
Qəlb yarası siz qanatmaqdan vaz keçincə davam edər və bunun dərmanı bu acıya öyrəşmək deyil, ondan dərs ala bilməkdir ...

Aşiq olmaqdan qorxanlara
Aşiq ol amma sevməsi üçün israr etmə, anla amma gözləmə, paylaş amma istəmə, yara.

Sevdiyi şəxsi daha çox sahiblənənlərə
Sevdiyin insanı başqa biri ilə xoşbəxt olduğunu görməkdən daha acı bir şey varsa, o da sevdiyin insanın səninlə xoşbəxt olmadığını görməkdir ...

Sevgisini etiraf etməyə çəkinənlərə
Sevdiyindən ayrılınca sevgi acı verir, sevdiyin tərk edincə daha da çox acı verir amma ən acısı, onu nə qədər sevdiyini bilməsinə heç bir fürsət verməməkdir ... Ey gənclər, sevdiyiniz insana vaxtında "Səni Sevirəm" deyin, çox gec olmadan, deyin!
Həyatın ən kədərli anı, dəli kimi sevdiyin insanın buna heç dəymədiyini gördüyün andır və ən böyük itgin onun üçün sərf etdiyin illərindir. Sənin sevginə bu bün layiq olmayan , bəlkə 10 il sonra yenə layiq olmayacaqdır ... Qoy getsin ...

Həyatda bir dəfə sev,elə sevmə unudasan,elə sev ki, yaşayasan, yaşadasan...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 165 Bölmə: Sevgi mesajları
loading...