Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gecə Yenə Ağladım Yoxluğuna....

Bu gecə yenə ağladım yoxluğuna....
Ağladim... Sonuna qədər göz yaşlarım quruyana qədər...Səni düşündüm..Sənin yoxluğunu..Yenə düşündüm... Yenə qələmim dayanmadan yazdı...Sonuna qədər..
Yalnız səni düşündüm.. Sənin yanımda olmağını istədim..Özüdə lap çox.. Sən mənim olmalı idin.. Yalnız mənə baxmalı idin Yalnız mənim olmalı idin.
Ağılıma gələn bütün hər şeyə baxmayaraq sıyırıb bədənimdən sənin yanına göndərdim ruhumu...Qısqandı yenə hər gecəki kimi səni içdən içə ürəyim...
Və Giley də etdi, ağladı yenə gözlərim...
Çünki Sən Mənə Baxmalı idin indi,
Və yalnız mənim olmalı idi gözlərin...
Mənim sənin olduğum kimi səndə yalnız mənim...
Bütün gecəni düşündüm.. Səni düşündüm.. Yoxluğunu düşündüm.. Sənin üçün dualar etdim.. Sənə qovuşmaq üçün.. Bilirəm ki, bir gün bədənim də olmasa ruhum sənə çatacaq.. Və sənin olacaq.. Unutduğun qəlbimi ruhum dolduracaq...Düşünüb yenə ağladım yoxluğuna..
Bu gecə yenə ağladım, yoxluğuna...
Gecələri yandırmaq istədim yenə, yandırıb yıxmaq hər şeyi hər zərrəni yerlə bir etmək, su olub söndürmək günəşi, sənin yoxluğunda məni istilətməyə çatmayan o günəşi söndürmək istədim !
Bu gecə yenə bütün dünyanı ardımda buraxıb qaçmaq istədim, yoxluğundan qaçmaq..
Edə bilmədim, her dəfəsində ölmək istədim amma ölə bilmədim, bu ağrıdan xilas ola bilmədim...
Bu gecə yenə qəlbimdə yanan atəşi qucaqlamaq istədim.. Sıxmaq istədim əllərim yanana qədər.. Səni tutmaq istəyən əllərim yanana qədər.. Qoy bir də səni istəməsin deyə..Amma yenə istədi.. Yandı kül oldu Amma yenə istədi....
Yox olmaq istədim bu gecə.. Səndə sənin yoxluğunda..
Yooooooooooxxxxx...
Yox Ola bilmədim, sənsizlikdə varda ola bilmədim...
Varlığında var yoxluğunda yox ola bilmədim...
Bu gecə son dəfə ağladımyoxluğuna.....


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi mesajları
loading...