Susuramsa, heç danışmıramsa və söylədiklərinə boş gözlə baxıramsa: kədərlənmə…
Yaxşıyam mən…!
Gecələri yata bilmirəmsə, hər ulduz köz kimi düşürsə: narahat olma…
Vaxt gələr yataram mən…!
İçimə axan hirslə hücum edirəmsə sağa sola, qırıb tökürəmsə içimdəkilər keçər…
Sakitləşərəm mən…!
Yeni bir başlanğıc edim deyərkən, bir yanam kədərdən azalırsa və sən mənə görə pis olursansa: tələsmə…
Bütünlənərəm mən...!
Eyni şeyləri danışıb, fərqli mənalar çıxarırsaq və o mənalarla qaralırsaq; kədərlənmə…
Eyni dili öyrənərəm mən...!
Sən elə reaksiyasız, sən elə hərəkətsiz gözlə...mükemmel bir həyat yaşa və düşünmə…
Çırpınıb çabalayıb həll edərəm mən...!
Öz vicdanını rahatlaşdırmaq üçün yalanlar söylə özüvə..Olğunlukla qarşıla yaşananları..Gül keç içindəki ağrıya…
Bilirəm laqeyd rəftarların gücüylə yaxşılaşarsan sən.!
Son dəfə söyləmək istədim…
Məni düşünmə əsla! yaxşıyam mən !!
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi mesajları