Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qelb evi

Biz nahaqa dözməliyik,
Bu dünyanın qaydasıdır.
Təki xeyirxah iş görək,
Bizə qalan faydasıdır.

Dünya yenə də fırlanar,
Həyat ürəyə xoş gələr.
Can atsaq yaxşılıqlara,
Bu Qəlb evimiz yüksələr.

Yaxşılıq etməsək əgər,
Qəlb evi viran olacaq.
Dönəcək quru səhraya,
Çöllü-biyaban olacaq.

Gözəl evi dağıtma, gəl
İnsaf eylə, cahil olma!..
Bu qəlbinin sahibi ol,
Yıxıb könlü qatil olma!..

Pisi özündən uzaq tut,
Qoy yaxşılıq qəlbə dolsun.
Tutaq ki, lap dəyər yoxdur,
Əsas Allah razı olsun.

Aiddir bu hamımıza,
Yaxşılıqdan usanmayaq.
Yaxşılıq etməyən kəsi
Bizlərdən biri sanmayaq.


Tarix: 27.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Sevgi şerləri
loading...