Əlbət.....
Sən yuxu sandığın məhəbbəti
Gün gələr özgələr yozarlar, əlbət
Mən ölsəm sevgilim bil ki, sən qəti
Qəlbindən qəbrimi qazarlar əlbət
Mən ki gizli sevdim, hər zaman səni
Sormadım haçandı hansı fəsildir
O gün ki, istədim sevməyim səni
Ürəyim özümə düşmən kəsildi...
Mən sənə demək üçün əl açıb göyə
Hələ deyilməmiş söz istəyirəm,
Hər yerdə mən səni qoy görüm deyə
Allahdan əlavə göz istəyirəm...
Əsgirgəməz bir fəsillik ömrünü
Çəməndə gül-çiçək səndən ötrü
Cismim torpağındır, ruhum göylərin
Yaranmış bir ürək səndən ötəri
Eh, fikrim xəyalım çıxıb özümdən
Hey sənin arxanca düzülüb gedir
Bir damla göz yaşı qopsa gözümdən
Bil ki o, mənəm üzülüb gedən!...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Sevgi şerləri
loading...