Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BIR EHTIMAL QALMADIMI?

Gələnlərdən-gedənlərdən salam göndər arada bir,
Baxışların düşmən olub, heç baxmırsan bura da bir,
Hər yetimə acıyırsan, rəhmin gəsin yara da bir,
Mənsiz ötən zamanında gözün yaşla dolmadımı?
Gülüm, geri dönməyinə bir ehtmal qalmadımı?



Xatirələr üzür məni, hər anımda boğuluram,
Ruhum çıxır bədənimdən, sonra təzdən doğuluram,
Çırpılıram qayalara, ləpələnib, dağılıram,
Səmimi ol, doğru söylə, səndə belə olmadımı?
Gülüm, geri dönməyinə bir ehtmal qalmadımı?



Yaman sevdin ayrılığı, məni belə sevməmişdin,
Xoş günləri, xoş anları verək yelə, sevməmişdin,
Həsrətinlə bu Xəyalın hər gün ölə, sevməmişdin,
Bu ayrılıq, bu uzaqlıq məni səndən almadımı?
Gülüm, geri dönməyinə bir ehtmal qalmadımı?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Sevgi şerləri
loading...