Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbət olan yerdə

Ocaq sönüb kül olmaz,
Ay tələsib il olmaz.
Ömür əzazil olmaz
Ürək düşərmi dərdə
Məhəbbət olan yerdə.

Könül açar yara-yar,
Çiçəklənər arzular.
Bar gətirər xan çinar
Dinər söz də,şeir də
Məhəbbət olan yerdə

Qara saçda dən olmaz,
Tökülüb dən-dən olmaz
Şərin üzü şən olmaz
Yaxın düşməz kədər də,
Məhəbbət olan yerdə.

Əhdi peyman düz olsa,
Təmiz ürək,söz olsa.
Dost bir deyil,yüz olsa
Baş əymərik namərdə,
Məhəbbət olan yerdə.


Tarix: 25.11.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Sevgi şerləri
loading...