Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

~_SeNsiZliK_~

Sevgin ürəyimdə qərib
düşübdür,
Yurdu talanıbdır yuvası
uçub.
Gecələr sığınıb ümid
payına
Dərin baxışında yuxu da
susub.

***

Zaman çox yarama bil
sığal çəkib,
Amma dərinlikdə nə çox
qəm-kədər.
Nə çox iztirab var, nələr
bilmirəm
Bəlkə ürək yatır bir
ümman qədər.

***

Daha fikirlərim darma-
dağındır,
Yolumun əvvəli başı
görünmür.
Bəxtim daş içində sükut
bağlayıb
Ayılan zamanı yaşı
görünmür.

***

Özümü danlayıb günahkar
deyə,
Elə hey kirpiklə od
qaldırmışam.
Gözümü yollardan
yığmışam daha
Özüm mən özümə dayaq
olmuşam.

***

Ruhum bədənimdə hər
çırpındıqca
Titrək baxışından sevgi
ummuşam
İnsaf yaxşı şeydi, illər
boyunca
Taleyin yükünü tək
daşımışam.

***

Əlim yollarına uzalı qalıb
Belə çox çəkəcək uzun illər
də.
Mənə dinclik
vermir ,rahatlıq vermir
İttiham eyləyir xatirələr
də.

***

Qəmim qəmim üstə yığılıb
indi
Mənsə, bir ümidi dayaq
bilmişəm.
Ömrün o başından dər
ocağına
İri addımlarla qonaq
gəlmişəm.

***

İllər bir dayağı qənimət
bilib,
Nə səbrim vardısa, aldı
apardı.
Ümid çırağımı söndürüb
qəfil,
Qədər yaman yerdə pis
axşamladı.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi şerləri
loading...